Hədəflər arasında Beynəlxalq Atom Enerjisi Agentliyinin tam nəzarəti və mühafizəsi altında fəaliyyət göstərən İranın əsas nüvə obyektlərindən biri olan Nətənz nüvə obyekti də var idi. İranın nüvə obyektlərini qəsdən hədəfə almaq beynəlxalq hüququn, BMT Nizamnaməsinin və BAEA-nın Əsasnaməsini kobud şəkildə pozmaqdır. Bu təhlükəli hücum təkcə regional və beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmır, həm də nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimi və BAEA-nın missiyasının bütövlüyünü daha da sarsıdır.
İranlı yüksək vəzifəli məmurlara və alimlərə qarşı bir sıra məqsədyönlü sui-qəsdlər paytaxt Tehranın yaşayış massivlərində həyata keçirilib, nəticədə dinc sakinlər və digərləri də şəhid olub. Bu qəsdən və ehtiyatsız hərəkətlər dövlət terrorizminin bariz nümunələridir.
Daha heyrətləndirici və dərin təəssüf doğuran isə BAEA-nın öz öhdəliklərini açıq və kobud şəkildə yerinə yetirməməsidir. BAEA və Baş direktor təcavüzkar rejimin İranın nüvə obyektlərinə qarşı təkrar və açıq təhdidlərindən tam xəbərdar idi və hətta son görüşlərdə belə bir hücumun mümkünlüyü barədə hesabatlar almışdı. İran İslam Respublikası bir neçə rəsmi məktubla bu barədə baş direktoru məlumatlandırıb və ondan səmərəli cavab verməsini istəyib. Lakin heç bir tədbir görülməyib və baş direktor bu təhdidləri qınamaqdan belə imtina edib. Onun bu səhər verdiyi açıqlama çox gec idi.
Publish Date: 13 iyun 2025 - 16:20
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatının Bürosu və Vyanada yerləşən digər beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Rza Nəcəfi bir neçə saat əvvəl BAEA-nın Qubernatorlar Şurasının iclasında sionist rejimin İrana təcavüzü ilə bağlı deyib: Dünən bəzi hökumətlər İrana təzyiq edə biləcəkləri illüziyası ilə bu şurada siyasi motivli qətnamə qəbul edərkən, İran İslam Respublikası sionist rejimin təcavüzkar hərbi əməliyyatının hədəfinə çevrildi, ABŞ isə bu təcavüzkar hərəkətdən xəbərdar idi.