İran İslam Respublikasının Londondakı səfiri Musəvi İngiltərə xarici işlər nazirinin müavini ilə görüşündə sionist rejimin İran torpaqlarına son təcavüzü və bir sıra hərbi komandirlər, elm adamları və mülki şəxslərin şəhadətinə işarə edərək, İngiltərə hökumətindən bu qeyri-qanuni hərəkəti qətiyyətlə pisləməyə çağırıb.

Bu hücumun Birləşmiş Millətlər Təşkilatına üzv dövlətə qarşı açıq-aşkar təcavüz olduğunu qeyd edən İran İslam Respublikasının səfiri Təhlükəsizlik Şurasının daimi üzvü kimi Britaniyanı bu qanunsuz təcavüzü pisləməyə çağırıb.

İran səfiri həmçinin Londonun sionist rejimə qarşı son mövqelərindən bəzilərinə toxunaraq, Netanyahunun kabinetinin bəzi nazirlərinə qarşı sanksiyaların tətbiqini alqışlayıb.