Tehran – İRNA – İran Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi ilə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. Mirzoyan İsrailin İranın ərazi bütövlüyünə qarşı hücumunu qəti şəkildə pisləyib və şəhid olmuş İranın tanınmış hərbi komandirləri, universitet professorları və vətəndaşlarının ailələrinə dərin hüznlə başsağlığı verib.

Ermənistanın naziri bildirib ki, bu çətin dövrdə Ermənistan İranla tam həmrəydir və hərbi yola əl atmağın diplomatiya və bölgədə sülhün qorunmasına zərər verdiyini düşünür.

Əraqçi isə İsrailin hərbi hücumunu BMT-nin nizamnaməsinə zidd sayaraq, bunun dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhdid olduğunu və bütün ölkələrin bunu qınamalı olduğunu vurğulayıb. O, Ermənistanın mövqeyinə görə təşəkkür edib və bildirib ki, İran öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün özünün qanuni müdafiə haqqından tam istifadə edəcək.