Xarici işlər naziri bu telefon danışığında sionist rejimin İranın suverenliyi və ərazi bütövlüyünü pozması, nüvə obyektlərinə və yaşayış məntəqələrinə hücum etməsi nəticəsində bir sıra hərbi şəxsiyyətlərin, universitet professorlarının, qadın və uşaqların şəhid edilməsini sərt şəkildə qınayıb və dünya ictimaiyyətindən İsrailin bu təcavüzünü qətiyyətlə pisləməsini və beynəlxalq səviyyədə bu təcavüzə qarşı reaksiya verməsini tələb edib.
Əraqçi həmçinin qeyd edib ki, İran hökuməti və xalqı, sülhə və qanunun aliliyinə dəstək iddiasında olan bütün ölkələrdən bu cinayətkar addımları qınamağı və sionist rejimə qarşı təzyiq göstərərək bu təcavüz və qanun pozuntusunu dayandırmağa məcbur etməyi gözləyir.
Xarici işlər naziri, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda sülhməramlı nüvə proqramı ilə bağlı son qətnaməsini, üç Avropa ölkəsi və ABŞ-ın təşəbbüsü ilə qəbul edildiyini tənqid edərək, bu sənədi sionist rejimin İranın nüvə obyektlərinə qarşı düşməncəsinə hərəkətləri üçün bəhanə və zəmin adlandırıb. O vurğulayıb ki, beynəlxalq hüquq normalarına əsasən, sülhməramlı nüvə obyektlərinə hücum tamamilə qeyri-qanuni və qadağandır və beynəlxalq ictimaiyyət bu təhlükəli və misilsiz qanun pozuntusuna görə sionist rejimi məsuliyyətə cəlb etməlidir.
O, həmçinin İranın sionist rejimin sabitliyi pozan addımlarının doğurduğu təhlükələrə beynəlxalq diqqəti cəlb etmək üçün göstərdiyi diplomatik təşəbbüslərə toxunaraq, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini bu təcavüzləri pisləməyə və təcavüzkar rejimi məsuliyyətə cəlb etməyə çağırıb.
İran İslam Respublikası milli suverenliyini, xalqını və təhlükəsizliyini qorumaq məqsədilə sionist rejimin təcavüzünə qətiyyətli cavab verib və qarşılıqlı cavab hüququndan istifadə etməkdə qərarlıdır.