İsmayıl Bəqayi “X” sosial şəbəkəsində İsrailin İrana hücumları ilə bağlı yazıb: İsrail rejimi İrana qarşı açıq və aşkar hücum həyata keçirib. Bu rejim bir neçə mülki yaşayış məhəlləsinə, qeyri-hərbi infrastruktur obyektlərinə və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan nüvə obyektlərinə raket və dronlarla hücum edib.
O bildirib: Bu hərəkətlər beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması sayılır. Bir nümunədə 60 nəfər günahsız insan, o cümlədən 29 uşaq bir yaşayış binasının bombalanması nəticəsində həyatını itirib.
Bəqayi başqa bir paylaşımında İsrailin hücumları nəticəsində şəhid olan mülki və idmançı iranlıların adlarını qeyd edərək yazıb: Bu günahsız idmançıların adlarını yadda saxlayın – yeniyetmə taekvondoçu Əmir Əli, atçılıq üzrə idmançı Mehdi Puladvənd, pilates məşqçisi Nilufər Qələvand və padel idmançısı Parsa Mənsur İsrailin rəhmsiz hücumları nəticəsində evlərində öldürülüblər.
O vurğulayıb: Bu müharibə cinayətini dəstəkləyən hər kəs bu cinayətdə şərikdir. İsrail rejimi və onun dəstəkçiləri bu cinayətlərə görə cavab verməlidirlər.