Tehran - İRNA - İsrail mənbələri İranın raket hücumlarının yeni dalğasında işğal olunmuş ərazilərə 30 ballistik raketin düşdüyünü etiraf edib.

Qətərin Əl-Cəzirə kanalı İsrail mediasına istinadən xəbər verib ki, son raket hücumunda İsrailə 30-a yaxın İran raketi düşüb.
İsrailin fövqəladə hallar xidməti həmçinin İranın Hayfa şəhərinə raket hücumu nəticəsində 15 nəfərin yaralandığını açıqlayıb.