Sionist rejimin Kirmanşahın Farabi xəstəxanası və ətraf binalara hücumundan sonra Kirmanşahın valisi Mənuçöhr Həbibi hadisədən dərhal sonra bu qeyri-insani və cinayətkar hərəkəti pisləyərək, yubanmadan aidiyyəti rəsmilərə, yardım və tibb qruplarına göstəriş verib və təcili və fasiləsiz yardımın təmin edilməsinin vacibliyini vurğulayıb.

Bu gün səhər saat 9 radələrində cinayətkar sionist rejim Farabi xəstəxanası və Tibb Mərkəzi və ətrafdakı binalara raket zərbəsi endirib.

Dərhal hadisə yerinə yardım və xilasetmə qrupları göndərilib, araşdırma və xilasetmə əməliyyatları davam etdirilir.