-
Yırtıcı quşlar Əlvənd səmalarına qayıdırlar
Şənbə günü (7 iyun 2025-ci il) Həmədan şəhərindəki "Tarikdərə"nin təmiz təbiətinə qartal, kərkənəz və şahin də daxil olmaqla 17 yırtıcı quş müalicədən sonra sərbəst buraxılıb. Bu quşlar tikinti meydançaları, binalar və elektrik kabelləri ilə toqquşaraq, bir-biri ilə döyüşərək, habelə qanunsuz ovçular tərəfindən vurularaq xəsarət almışdılar.
-
Göl, "Bənövşəyi Şeytan"ın əsirinə çevrilib; Sular səssizcə ölür!
Babul şəhərində yerləşən "Ağuzbon gölü" ciddi şəkildə "Su tənəkləri" (Eichhornia crassipes) adlanan invaziv bitkinin — yəni "Bənövşəyi Şeytan" olaraq tanınan, su ekosistemlərinin səssiz qatilinin — təhlükəsi altındadır. Bu sürətlə yayılan yad bitki, Amazon hövzəsinə məxsusdur və gölün səthinin böyük bir hissəsini örtərək yerli təbiətə ağır zərbə vurur.
-
Savalan dağının yamaclarının bahar təbiəti
“Savalan” yaşıl yamacları, rəngarəng bahar çiçəkləri, qaynayan bulaqları, güllərlə örtülmüş düzənlikləri ilə gözəl bahar təbiətini nümayiş etdirir. Hündürlüyü 4811 metr olan və Ərdəbil vilayətində İranın ən yüksək zirvələrindən biri olan bu sönmüş vulkanik dağ “Savalan” kimi də tanınır. Qış qarları əridikcə axan çaylar, bulaqlar bu əraziyə yeni həyat gətirir. Çiçəkli çəmənliklər, nəfəs kəsən mənzərələr, unikal flora və fauna bu bölgəni təbiət həvəskarları üçün unikal məkana çevirib.
-
İran bölgələrinin musiqisi; Vətənin etnik və tarixi kimliyinin carçısı
İranın regional musiqisi İranın ən qədim mədəni və bədii təzahürlərindən biridir. Müxtəlif iqlimlər, şifahi ənənələr və insanların kollektiv təcrübələri ilə formalaşan və əsrlər boyu nəsildən-nəslə, sinədən sinə keçən səsdir.
-
40-cı Fəcr Beynəlxalq Musiqi Festivalı - üçüncü gün
40-cı Fəcr Beynəlxalq Musiqi Festivalının üçüncü günü cümə axşamı axşam (13 fevral 2025) Azadi Qülləsində "Şəbe Gilan" və "Taleşi" ifaları ilə keçirildi.
-
43-cü Fəcr Film Festivalının marjaları - 4-cü gün
43-cü Fəcr Film Festivalı 31 yanvar - 10 fevral 2025-ci ilədək Mənuçöhr Şahsəvarinin rəhbərliyi ilə Milad qülləsinin Festival sarayında keçiriləcək. Bu müddətdə "Sodaye Simurq" (Simurq sevdası) bölməsində 33, animasiya bölməsində isə 4 film yarışacaq. Bu 33 film arasından 13 əsər birinci film bölməsində qiymətləndirilir.
-
Məhəmmədhüseyn Behcət Təbrizi; Söz mülkünün hökmdarı və İran ədəbiyyatı tarixinin varisi
Urmiya - İRNA - Şəhriyar sərhədlərdən üstün bir addır; O, xalqın dilində danışır, xalqın dilində şeir yazır və bu xüsusiyyət onun şeirlərini cazibədar və populyar edib, adını sərhədlərdən çox-çox uzağa aparıb.
-
İranlı müğənni Əlirza Qurbani Persepolisdə musiqi konserti verib
Bazar ertəsi (1 iyul 2024-cü il) axşamı Əlirza Qurbaninin (Alireza Ghorbani) musiqi konserti Persepolisdə, Şirazda, Persepolis Beynəlxalq Kompleksində bazar ertəsi axşam canlı səhnə musiqisi nümayişinin keçirilməsinin ilk təcrübəsi olaraq keçirilib.
-
Paytaxt Simfonik Orkestrinin konserti, Tehran
Paytaxt Simfonik Orkestri bazar ertəsi (17 iyun) axşam saatlarında Şəhram Təvəkülinin rəhbərliyi ilə Vəhdət zalında səhnəyə çıxıb. Bu konsertdə Bethovenin əsərindən Eqmont parçaları, Şubertin 8 nömrəli Simfoniyasının ilk hissəsi və Bramsın 4, 6 və 7 nömrəli macar rəqsləri, Çaykovskinin “Elegiya”, Massenetin “Meditasiya” və Çaykovskinin “Slavyan marşı” ifa edilmişdir.
-
“Şeyda” opera teatrı
Niyavəran saray kompleksində Pərvaz Humayi və “Məstan” qrupunun ifasında və oxuduğu “Şeyda” opera teatrı tamaşaya qoyulub. Bu dramatik əsər Qızılbaşların qəzəbinin və güc axtarışının qurbanı olan Yehuda Avazxan və Şeydanın (Şah Təhmasbın qızı) sevgi hekayəsidir.
-
Təbrizin görkəmli rəssamı dünyasını dəyişdi
Təbriz - İRNA - Bir neçə dəqiqə əvvəl təbrizli kolleksiyaçı Məhəmmədəli Cədidul-İslam, öz İnstaqram səhifəsində Təbrizin məşhur rəssam və şairi İbrahim Poştpənahın şəklini paylaşaraq bu sənət ustasının vəfatı barədə xəbər verdi.
-
Vizual rəssamlar sənət əsərləri yaratmaqla kədərlərini ifadə etdilər - Şəkillər
Tehran - İRNA - İran İslam Respublikasının 8-ci Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin şəhadətindən sonra təsviri sənət ustaları qələm götürüb, bədii əsərlər yaratmaqla İran xalqının kədərinə şərik oldular.
-
Futzal üzrə milli komanda bu gün günorta saatlarında İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb
Son bir neçə gündə 13-cü dəfə Asiya Millətlər Kubokunun qalibi olan İranın futzal üzrə milli komandasının üzvləri bu gün günorta saatlarında İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.
-
İran kinosu eşq məsti olur
Tehran - İRNA - Həsən Fəthinin çəkdiyi “Məste-eşq" (Eşq məsti) filmi İran kinosunun mühüm və beynəlxalq layihələrindən biri olaraq arif və salehlərin sevimli şəxsiyyəti Mövlana Cəlaləddin Məhəmməd Bəlxinin həyatını təsvir edir. Film artıq kinoteatr ekranına çıxmışdır və elə ilk gündə İran kinosunda ən çox satılan filmin rekordunu qırmışdır.
-
Çillə gecəsi; Dünya şöhrətli İran ayini
Tehran – İRNA - Yalda və ya çillə gecəsi iranlılara məxsus qədim mədəni ritualdır. Ötən ildən İranın 19-cu qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısında qeydə alınmasına baxmayaraq, uzun illərdir ki, mədəni İran bölgəsinin hüdudlarından və coğrafiyasından kənarda dünyanın müxtəlif guşələrində tanınır və qlobal şöhrətə malikdir.
-
İran milli orkestrinin konserti
İran Milli Orkestrinin "Xatirələrlə bərabər" adlı konserti çərşənbə axşamı (5 dekabr 2023) bəstəkar Məcid İntizaminin dirijorluğu ilə Tehranın Vəhdət zalında keçirilib.
-
Tehran Simfonik Orkestri qəzzalı uşaqların xatirəsini anmaq üçün səhnəyə çıxıb
Tehran - İRNA - Mənuçöhr Səhbainin rəhbərlik etdiyi Tehran Simfonik Orkestri Vəhdət zalında mərhum və məşhur İran və dünya bəstəkarlarının əsərlərini ifa edərək Qəzza uşaqlarının anıb.
-
İranlı rəssamlar Fələstinə tam dəstək verir; Məcid Məcididən Leyla Hatəmiyə qədər
Tehran - İRNA - Tehran Sülh Muzeyi və İran Kino Evi birgə bəyanat yayaraq Qəzza zolağında dinc sakinlərin öldürülməsini pisləyib və dərhal atəşkəsə çağırıb.
-
“Təbrizim” 6-cı Milli Küçə Teatrı Festivalının yekun mərasimi
“Təbrizim” 6-cı Milli Küçə Teatrı Festivalının bağlanış mərasimi bazar günü (29 oktyabr) axşam saatlarında Təbriz bələdiyyəsinin Sima Mənzər Təşkilatının əndişə zalında seçilmiş şəxslərin təqdim olunması ilə keçirildi.
-
Urmiyada ərəb ölkələrindən olan incəsənət ustalarının Fələstin mövzusundakı əsərləri sərgilənib
Urmiya - İRNA - Qərbi Azərbaycan İncəsənət Evinin ictimaiyyətlə əlaqələr bölməsinin direktoru deyib: “Qərbi Azərbaycan İncəsənət Evinin “Pillə Qalereyası”nda ərəb ölkələrindən olan incəsənət ustalarının Fələstin mövzusundakı bir sıra əsərləri “Azadlıq Plakatları” sərgisi formatında nümayiş etdirildi.”
-
İsrailsiz bir dünya
Bir qrup iranlı qrafika rəssamı İsrailsiz dünya mövzusunda şəkillər hazırlayıb.
-
Xorşid Beynəlxalq Media Festivalı
Tehranda Prezident Ayətullah Seyid İbrahim Rəisinin və 40 ölkədən olan qadın jurnalistlərin iştirakı ilə “Xorşid (Günəş) Beynəlxalq Media Festivalı” keçirilib. Bazar ertəsi (2 oktyabr) səhər saatlarında “Qadınlar maarifləndirirlər” devizi ilə keçirilən bu festival şəhid Şirin Əbu Aqilənin xatirəsinə həsr olunub.
-
Xoyda Şəms və Mövlana qızıl möhürünün təqdimatı oldu
Urmiya - İRNA – Xoy şəhərində İranın bu iki irfani şəxsiyyətinə aid keçirilən 9-cu beynəlxalq konfrans çərçivəsindəki xüsusi mərasimdə Şəms və Mövlana qızıl möhürünün təqdimatı olub.
-
Xoyda 9-cu Beynəlxalq Şəms və Rumi Konfransı işə başlayıb
Urmiya – İRNA – 9-cu Beynəlxalq Şəms və Rumi Konfransı Xoy şəhərinin Darul-Qərar Şəms qəsəbəsində professorlar, həvəskarlar, rəsmilər və Şəms Təbrizi sevərlərinin iştirakı ilə başlayıb.
-
Oskar 2024-də “Gecə gözətçisi” İran kinosunun təmsilçisi oldu
Tehran – İRNA – Oskar Akademiyasına İran kinosu təmsilçisinin seçim komissiyasının açıqlaması ilə “Gecə gözətçisi” filmi 2024-cü il Oskar mərasimində üç yekun namizəd arasından yekdilliklə İran kinosunun təmsilçisi seçilib.
-
Təbriz “Şairlər Məqbərəsi” gül yağışına tutuldu
Təbriz - İRNA – “Milli Şeir və Fars Ədəbiyyatı Günü” və Ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatının ildönümü ilə eyni vaxtda, bu şairin, eləcə də Təbriz Məqbərətuş-Şuərasında (Şairlər Məqbərəsi) dəfn edilmiş digər 400 şair, arif və yazıçının məzarına güllər düzülüb.
-
Şəhriyar - sərhədləri aşan şair
Tehran - İRNA - Şəhriyar ləqəbli Məhəmmədhüseyn Behcət Təbrizi sərhədləri aşan bir şairdir. O, sərhədləri aşaraq əfsanəvi və bənzərsiz poeziyası ilə dünyanın hər yerində minlərlə insanın qəlbinə, ruhuna hakim kəsilmişdir. Onun şeirinin dinləyicisi bir insan, bir cəmiyyət, bir millət deyil, zamanın, həyatın qayğısızlığından əziyyət çəkmiş, həsrətin, ayrılığın acısını dadmış bütün xalqlar və insanlardır.
-
Tehranda 30-cu əllə toxunmuş xalça sərgisi
Tehran - İRNA - Orijinal və qədim sənəti tanıtmaq və İran xalçasının ixrac imkanlarını tanıtmaq məqsədi ilə 30-cu Tehran Beynəlxalq Əllə Toxunmuş Xalça Sərgisi 29 avqust 2023-cü ilədək Tehran Beynəlxalq Sərgilərinin daimi məkanında keçiriləcək.
-
40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı üçün qeydiyyat müddəti uzadılıb
Tehran – İRNA - Ölkə boyu kinematoqrafçıların dəfələrlə etdiyi müraciətlər nəzərə alınaraq, “40-cı Tehran Beynəlxalq Qısa Filmlər Festivalı”nın milli bölməsində iştirak etmək məqsədilə kinematoqrafçıların əsərlərinin qeydiyyatı və təqdim edilməsi üçün son tarix on gün uzadılıb.
-
Rəssamların kətan üzərində Aşura günü hekayəsi
Tehran – İRNA – İran incəsənətində Aşura hadisəsi və Həzrət Seyidüş-Şühəda İmam Hüseyn (ə) və onun səhabələrinin şəhadətinin rolu və təsiri açıq-aşkar görünür. Qədimdən indiyədək Aşura incəsənəti sənətkarların böyük əsərlərinin yaradılması üçün bir stimul olmuşdur.