-
Əraqçi: Torpağımızı, xalqımızı və ləyaqətimizi qorumaq üçün son damla qanımıza qədər fəxrlə mübarizə aparacağıq
Tehran – IRNA – İranın xarici işlər naziri seyyid Abbas Əraqçi sosial şəbəkədəki paylaşımında yazıb: Biz torpağımızı, xalqımızı, ləyaqətimizi və əldə etdiyimiz nailiyyətləri qorumaq üçün fəxrlə son damla qanımıza qədər mübarizə aparacağıq.
-
Pezeşkiyan: Sionist rejim hansı səviyyədə İrana hücum edərsə, eyni səviyyədə cavab alacaq
İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, İran müharibəni başlamayıb, lakin sionist rejimin cinayətlərinə qəti cavab verəcək. Hücum hər hansı səviyyədə olarsa, eyni səviyyədə cavab veriləcək. İran müharibənin yayılmasını istəmir, lakin torpaqlarına olunan hücuma peşmanedici şəkildə cavab verəcək.
-
Pezeşkiyan: Amerika sionist rejimi cilovlamasa, İranın cavabları daha ağrılı olacaq
Tehran - İRNA - Prezident dedi: Düşmənlər hərbi komandirləri, alimləri qətlə yetirmək və insanların evlərini bombalamaqla ölkədə sabitliyi poza biləcəklərini düşünürdülər, halbuki, İnqilabın Ali Rəhbəri Ayətullah Xameneinin hikməti, komandirlərin sabitliyi və silahlı qüvvələrin sürətli hazırlığı ilə həmin gecə düşmən hədəfə alındı və ağır itkilərə məruz qaldı. Təcavüz təkrarlanarsa, onları daha sərt cavablar gözləyəcək.
-
İranın Atom Agentliyindəki nümayəndəsi: Tehran NPT-dən çıxmaq məsələsinə gələcək hadisələr fonunda qərar verəcək
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi, Rza Nəcəfi bildirib ki, İranın Nüvə silahlarının yayılmaması haqqında müqavilədən (NPT) çıxmaq və ya çıxmamaq qərarı qarşıdakı hadisələrdən asılı olacaq. O bildirib ki, bu istiqamətdə atılacaq hər hansı addımın məsuliyyəti İsrail rejiminin üzərinə düşür.
-
Xalqın əməkdaşlığı ilə sionist rejimin agentləri ifşa olundu
Tehran – İRNA - Ölkənin Polis Baş Komandanı, general Əhmədrza Radan, bazar günü verdiyi açıqlamada bildirib: “Bu müharibə şəraitində sionist rejimin casuslarının aktivləşməsi təbii idi, lakin xalqın dəstəyi ilə bu casusları və vətən xainlərini müəyyən edib həbs etdik.”
-
Bəqayi: Xəstəxanalara hücum beynəlxalq hüququn kobud şəkildə pozulması və hərbi cinayətdir
Tehran – IRNA – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmyıl Bəqayi sionist rejimin Kirmanşahdakı Farabi xəstəxanasına raket hücumunu pisləyərək bildirib: Xəstəxanalara və yaşayış məntəqələrinə hücum beynəlxalq hüququn kobud şəkildə pozulması və açıq-aşkar bir hərbi cinayətdir.
-
İran səfiri AİAE-nin fövqəladə iclasında: “Vur-qaç dövrü başa çatıb”
London – İran – Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi və səfiri Məhəmməd Rza Nəcəfi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AİAE) İdarə Heyətinin fövqəladə iclasında sərt bəyanatla çıxış edib.
-
Bəqai: Təcavüzə haqq qazandıran ikibaşlı bəyanatlar, təcavüzkarın və hücuma məruz qalan ölkənin mövqeyi ikiüzlülükdən başqa bir şey deyil
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü İranın var gücü ilə davamlı müdafiəsini vurğulayaraq, hər bir BMT üzvü olan dövlətin məsuliyyətini xatırladıb və deyib: Əgər onlar BMT-də təsbit olunmuş prinsiplərə, qanunun aliliyinə və kollektiv təhlükəsizliyə inanırlarsa, indi hərəkətə keçməlidirlər. Təcavüzə haqq qazandıran ikibaşlı bəyanatlar, təcavüzkarın və hücuma məruz qalan ölkənin mövqeyi ikiüzlülük və məsuliyyətsizlikdən başqa bir şey deyil.
-
İranın 30 raketi işğal olunmuş ərazilərin müxtəlif ərazilərini vurub + VİDEO
Tehran - İRNA - İsrail mənbələri İranın raket hücumlarının yeni dalğasında işğal olunmuş ərazilərə 30 ballistik raketin düşdüyünü etiraf edib.
-
İranın sionist rejimə qarşı yeni mərhələli raket və dron hücumları başladı
Tehran – İRNA – İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən sionist işğalçı və cinayətkar rejimə qarşı "Sadiq vədəsi 3" əməliyyatının üçüncü mərhələsi çərçivəsində raket və dron hücumlarının yeni mərhələsi bir neçə dəqiqə əvvəl başlayıb.
-
Pezeşkiyan: Təcavüzlər təkrarlanarsa, təcavüzkarları daha sarsıdıcı cavablar gözləyəcək
Prezident sionist rejimin İraqın hava məkanından İran torpaqlarına təcavüzkar hücumunu bu rejimin təcavüzü və beynəlxalq qaydalara inanmamasının bariz təzahürü hesab edib və bu ölkənin sərhədləri və hava məkanı ilə bağlı daha ayıq-sayıq olmasının vacibliyini vurğulayıb və deyib: Müharibəyə biz başlamadıq, amma daha sərt cavab verdik və təcavüzlər davam edərsə, təcavüzkarları daha ağrılı və sarsıdıcı cavablar gözləyəcək.
-
Yəmən Təl-Əvivə raket zərbələri endirib
Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü Yəmən ordusunun Təl-Əvivə raket hücumları etdiyini açıqlayıb.
-
Əraqçi: Amerika sionist rejimin hücumlarında tərəfdaş hesab olunur və öz məsuliyyətini qəbul etməlidir
Bizim fikrimizcə, İsrail rejiminin İran İslam Respublikasına qarşı təcavüzü ABŞ-ın razılığı və dəstəyi olmadan heç vaxt baş verə bilməzdi. Sionist rejim hərbi qüvvələrinin hücumlarına Amerika qüvvələrinin və regiondakı Amerika bazalarının dəstəyini göstərən tutarlı dəlillərimiz var.
-
Məhəmməd bin Salman Pəzeşkiyanla danışığında: Səudiyyə Ərəbistanı İran İslam Respublikasındakı qardaşlarının yanındadır
Tehran – IRNA – İran Prezidenti sionist rejimin ölkəyə qarşı hücumlarını bu rejimin təcavüzkar mahiyyətinin sübutu adlandırıb.
-
Pezeşkiyan: hücumlar davam edərsə, İran ordusu daha sərt cavab verəcək
Məsud Pezeşkiyan bu gün şənbə günü Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığında, onun zənginə və ötən gecə BMT Təhlükəsizlik Şurasındakı mövqeyinə görə təşəkkürünü bildirib. O deyib: İnsan haqlarını müdafiə etdiyini iddia edənlər təkcə sionist rejimin hücumlarını dəstəkləmir, həm də ona silah və avadanlıq verərək bu qeyri-insani hərəkətlərə cəsarət verirlər.
-
Bəqayi: İsrailin mülki ərazilərə hücumu BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır
Tehran – İRNA – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, sionist rejimin mülki ərazilərə etdiyi hücumlar beynəlxalq qanunların və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ciddi və açıq şəkildə pozulmasıdır. O deyib: Bu dəhşətli hücumların birində, İsrailin yaşayış binasına hücumu nəticəsində 60 günahsız insan, o cümlədən 29 uşaq həlak olub.
-
Bəqayi: Sionist rejimi müdafiə edənlər cinayət ortağıdırlar
Tehran – İRNA – Xarici İşlər Nazirliyinin sözçüsü yazıb: İsrailin himayədarları bilərəkdən özlərini bu təcavüzkar rejimin gündəlik cinayətlərində şərik səviyyəsinə endiriblər.
-
Əraqçi: İran sionist rejimin qanunsuz və qorxaq hücumuna qətiyyətlə cavab verəcək
İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi Küveytin xarici işlər naziri ilə telefon danışığında bildirib ki, İran sionist rejimin qanunsuz və qorxaq hücumuna qətiyyətlə cavab verəcək.
-
Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə İranın xarici işlər naziri arasında telefon danışığı olub
Sionist rejimin ölkəmizə qarşı təcavüzkar hücumlarından sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla əlaqə saxlayıb, İran hərbi komandirləri və digər günahsız vətəndaşların şəhadəti münasibəti ilə başsağlığı verib, hücumu təcavüzkar adlandırıb və bu vəhşi hücumları qəti şəkildə pisləyib.
-
Dünya ölkələri sionist rejimin İrana qarşı hücumlarını qəti şəkildə pislədi
Cümə günü sübh saatlarında sionist rejimin İranın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi hücumlar nəticəsində bir sıra mülki şəxslər, alimlər və hərbi komandirlər şəhid olub. Bu terror aktı dünya ölkələrinin ciddi reaksiyasına səbəb olub və müxtəlif dövlətlər bəyanatlar yayaraq bu hücumları sərt şəkildə pisləyiblər.
-
HƏMAS: Sionist rejimin İrana qarşı hücumu təhlükəli bir hücum və bütün İslam ümməti üçün təhdiddir
İslami Müqavimət Hərəkatı - HƏMAS yaydığı bəyanatda bu gün sübh saatlarında Sionist rejimin İran İslam Respublikasına qarşı həyata keçirdiyi hücumu kəskin şəkildə qınayıb və bu hücumu olduqca təhlükəli bir dönüş nöqtəsi, həmçinin ümmətin əsas düşməni ilə taleyüklü mübarizənin açıq göstəricisi kimi qiymətləndirib. Bəyanatda qeyd olunub ki, bu düşmən yalnız Fələstinlə məhdudlaşmır, əksinə bütün bölgəni və İslam ümmətini hədəfə alır.
-
Ənsarullah lideri: Qəzzdə yardım paylama mərkəzləri ölüm tələsinə çevrilib / Müqavimət davam edir
Tehran - İRNA - Yəmənin Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Əl-Husi, sionist rejimin Qəzzə zolağında davam edən qırğın və təcavüzünə işarə edərək dedi: ABŞ-sionist mərkəzləri tərəfindən təşkil olunan yardım paylama məntəqələri Qəzzədə ölüm tələsinə çevrilib.
-
Cinayətkar İsrail ordusu Qəzzənin rabitə xətlərini kəsib
Tehran – IRNA – Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS bəyan edib ki, İsrail rejiminin işğalçı ordusu bilərəkdən Qəzzədə rabitə xətlərini kəsib. Bu hərəkət Fələstin xalqına qarşı soyqırım siyasətinin bir hissəsidir.
-
Oman İran-ABŞ danışıqlarının altıncı raunduna ev sahibliyi edəcəyini təsdiqləyib
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran-ABŞ danışıqlarının 6-cı raundunun Maskatda “planlaşdırıldığını” elan edərək, Omanın bazar günü (15 iyun) danışıqlara ev sahibliyi edəcəyini təsdiqləyib.
-
Pezeşkiyan: Sionistlərin cinayətlərinin dayandırılması üçün bütün diplomatik imkanlardan istifadə edilir
Tehran – İRNA – İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan, Fələstin xalqını dəstəkləmək üçün İslam ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə çağıraraq bildirdi: “Qəzzada sionistlərin cinayətlərinin dərhal dayandırılması məqsədilə bütün siyasi və diplomatik imkanlardan istifadə davam etdiriləcək.”
-
İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün İranın 6 təklifi
Tehran – IRNA – İran İslam Respublikasının Prezidentinin Elmi, Texnoloji və Bilik əsaslı İqtisadiyyat üzrə müavini, “Elmi və Texnoloji Mübadilə sahəsində Kəmər və Yol” adlı ikinci konfransda, İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün 6 əsas strateji təklif irəli sürüb.
-
-
General Səlami: "Əqsa Tufanı" sionist rejimin məğlubedilməz olmadığını sübut etdi
Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı, "Əqsa Tufanı"nın bütün dünyaya sionist rejimin məğlubedilə biləcəyini aşkar etdiyini vurğulayaraq dedi ki, düşmənə qalib gəlməyin yeganə yolu müqavimətin və davamlılığın davam etdirilməsidir. Hər gün müqavimət, Fələstin üçün yeni bir qələbə və rejimin öz məqsədlərindən daha da uzaqlaşması deməkdir.
-
Əraqçi Fələstin xalqının sionist rejimə qarşı mübarizəsini tərifləyib
Tehran - İRNA - Xarici işlər naziri Fələstin Xalq Cəbhəsinin Baş katibinin müavini ilə görüşündə Fələstin xalqının sionist rejimə qarşı dəyanətini yüksək qiymətləndirib və deyib: İran İslam Respublikası Fələstinə hərtərəfli dəstəyini davam etdirəcək.
-
Ali Milli Təhlükəsizlik Şurası: Sionistlərin Hədəf Bankı Silahlı Qüvvələrin masası üzərindədir - Hücum olacağı təqdirdə, rejimin gizli nüvə obyektləri hədəfə alınacaq
Ali Milli Təhlükəsizlik Şurası bir bəyanatda elan edib: İmam Zamanın (əc) naməlum əsgərlərinin aylarla davam edən mübarizəsi və mürəkkəb kəşfiyyat əməliyyatları və dəqiq tanımlaması vasitəsilə sionist rejimin mümkün şərlərinə qarşı çıxmaq üçün İslamın fədakar döyüşçülərinin hədəf bankı tamamlandı.