Kənani deyib: “İran və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığında İran tərəfindən ən yüksək səviyyədə iştirak olması vurğulanıb. İranın bu hərəkətə verdiyi önəmi və təbii ki, Azərbaycanla ikitərəfli münasibətlərə verdiyi dəyəri nəzərə alaraq, İran bu görüşdə yüksək səviyyədə iştirak edəcək.”
XİN-nin mətbuat katibi vurğulayıb ki, ölkəmizin xarici işlər nazirinin azərbaycanlı həmkarı ilə ikitərəfli görüşü keçiriləcək. Bu iclas çərçivəsində hər biri əhəmiyyətli olan digər görüşlər də baş tutacaq.
Bu görüşlərin İranla Azərbaycan arasında anlaşılmazlıqların aradan qaldırılmasına səbəb ola biləcəyini də diqqətə çatdıran Kənani deyib: “Xoşbəxtlikdən, nümayəndə heyətlərinin mübadiləsi ilə iki tərəf arasında münasibətlərin ab-havası əhəmiyyətli dərəcədə və konkret olaraq müsbətdir. Xarici işlər nazirinin Azərbaycana səfəri və keçirilən görüşlər iki tərəf arasında münasibətlərin səviyyəsinin yaxşılaşmasına səbəb ola bilər.”
Kənani İran-Azərbaycan münasibətlərinə də aydınlıq gətirərək deyib: “#Azərbaycan_səfirliyinə hücum məsələsi ölkənin siyasi, təhlükəsizlik və məhkəmə-hüquq sahələrində ən yüksək səviyyədə vurğulanıb və lazımi diqqətlə işlər aparılıb.
Məhkəmə işi ciddi şəkildə davam etdirib və yaxşı nəticələr əldə edib. Məndə olan məlumata görə, sabah Məhkəmə sisteminin mətbuat katibinin iclası keçiriləcək, bu sualı ona verə bilərsiniz.”
Sizin rəyiniz