General-mayor Baqiri: Bugünkü döyüşlərin taleyini ordunun quru qoşunları müəyyən edir

Tehrani – İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “Ordunun quru qoşunları bugünkü döyüşlərin taleyini müəyyənləşdirir və ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasına mühüm təsir göstərir.”

İRNA-nın müdafiə sahəsi müxbirinin verdiyi məlumata görə, General-mayor Məhəmməd Baqiri “ Ordunun Quru Qoşunlarının Əsas Hissələrinin Komandirlərinin Milli Konfransı” çərçivəsində Qədir-Xum bayramı münasibətilə təbriklərini çatdırmaqla yanaşı deyib: “Ordunun quru qoşunları bugünkü döyüşlərin taleyini müəyyən edir və ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasına mühüm təsir göstərir.”


Baqiri son illər ordunun quru qoşunlarında mühüm irəliləyişlər müşahidə edildiyinə toxunaraq deyib: “Bu qüvvə minimum xərclə, qənaətlə və öz resurslarından optimal istifadə etməklə transformasiya və modernləşmə yolunda olmağı bacarıb.”


Silahlı Qüvvələrin Baş Qərargah rəisi Quru Qoşunlarının hərbi və müdafiə imkanları və nailiyyətlərinin sərgisinə toxunaraq vurğulayıb ki, bu sərgi özünü mümkün gələcək döyüşlərə hazırlamış hazırkı quru qoşunları ilə keçmişin quru qoşunları arasındakı əsas fərqləri göstərir. Təbii ki, ölkədə çəkindirmənin pik həddə çatması düşmənləri ölkəyə qarşı hərbi təhdidlər həyata keçirməsinə icazə vermir.


General-mayor Baqiri əlavə edib: “Ordunun Quru Qüvvələri, müasir texnologiyaların müxtəlif ölçülərində, o cümlədən pilotsuz təyyarələr, ağıllı avadanlıq və praktiki silahlar sadiq, mömin və inqilabçı, təlim keçmiş və fəal canlı qüvvənin iştirakı ilə İran xalqı üçün lazımi etimad yaradır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .