İRNA-nın Fələstinin “Şahab” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, “Mata” kimi tanınan Fələstinin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin İordan çayının qərb sahilində sionistlərə qarşı 28 əməliyyat həyata keçirdiyini açıqlayıb.
Bu xəbərə əsasən, Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif bölgələrində sionist qüvvələrə qarşı güllə və partlayıcı paketlər ataraq onlarla mübarizə aparıblar.
Xəbərdə əlavə olunur ki, müqavimət qüvvələrinin əməliyyatları Qüds, Nablus, Qalqilya, Beyt Ləhm, Qaryut, Ramallah, Tulkarm və Əl-Xəlildə keçirilib və müqavimət qüvvələri sionistlərin hücumlarına cavab veriblər.
Habelə, qeyd olunub ki, ötən həftə Fələstin müqavimət qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionistlərə qarşı 182 əməliyyat keçirib.
Bu günlərdə işğal olunmuş ərazilərdə, əsasən də İordan çayının qərb sahilində vəziyyət çox xüsusidir. Fələstin mücahidləri sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər. Bu məsələ işğalçı sionistlər üçün xüsusi vəziyyət yaradıb.
Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzza bölgəsində fələstinlilərlə toqquşurdular. Amma indi Fələstinin şərqində İordan çayının qərb sahili gənclərin silahlanması səbəbindən qorxaq sionistlər üçün pusquya çevrilib və onları rahat yuxudan məhrum edib.
Sizin rəyiniz