İRNA-nın məlumatına görə, Ayətullah Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: “Sionist rejimin ən gülməli yalanlarından biri də odur ki, İran nə vaxt Avropa və Amerika ilə razılaşma ərəfəsində olarsa, dərhal “#İran filan yeri partlatmaq istəyirdi, ya onlarla israillini öldürmək istəyirdi və biz bunu kəşf etdik” kimi saxta xəbərlər yayır. Bu yalan o qədər təkrarlanıb ki, analitiklərin gözündə zarafata və gülməcəyə çevrilib.”
İmam cümə əlavə edib: “Bu yaxınlarda İran Amerika və Avropa ilə problemini həll etmək üçün mühüm addımlar atdığı bir vaxtda İsrail yenə zarafata başladı və 10 gün əvvəl dedi: İrandan bir nəfəri qaçırdıq ki, Yunanıstan və Kiprdəki səfirliyimizə və ya vətəndaşlarımıza hücum etmək istəyirdi və biz onu zərərsizləşdirdik. Dünən də elan etdi ki, İran Bakıdakı səfirliyimizə hücum edəcəkdi, lakin terrorçu həbs edildi.”
Xətib vurğulayıb: “İsrailə deyirik ki, bu yalanla sizin işiniz düzəlməyəcək. Həm amerikalılar, həm də avropalılar sənin nə qədər böyük yalan mikrobu olduğunu başa düşüblər.
Terror dövlətinə çevrilən məhz İsraildir və həyasızcasına artıq terror rekordunu qırıb. İndi özünün ən böyük və ən çirkin cinayətini bizə aid edir.”
İsrail işğal altındakı Fələstinin daxilində alçaldılmışdır
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi deyib: “İsrail nəinki Hizbullah tərəfindən alçaldılıb və əsirə çevrilib, hətta işğal olunmuş Fələstinin daxilində fələstinlilər tərəfindən də alçaldılıb və hər gün öz alçalmasını və zillətini nümayiş etdirir.
Son günlərdə İsrail 150 tank və qabaqcıl zirehli texnika, təyyarə, pilotsuz uçuş aparatı və helikopterlərlə, minlərlə ordu və polis qüvvələri ilə mühasirədə olan fələstinlilərin qarşısında Ceninə daxil olaraq cinayət törətdi. Onlar hətta təcili yardım maşınlarının düşərgəyə girib yaralıları daşımasına belə imkan vermirdilər. Əliyalın, qabaqcıl silahlardan məhrum və yoxsul insanların olduğu bir düşərgə üçün F-16 təyyarələri və ağır texnikadan istifadə etməsi İsrailin ən böyük alçalması, zillətə düşməsi idi və sonda da məğlub olaraq oradan çıxdı.”
Ayətullah Amili xütbəsinin davamında deyib: “Bu yaxınlarda sionist analitiklərdən biri İsrail televiziyasında israillilərə müraciət edərək dedi ki, heç vaxt İrana hücum edəcəyik deməyin. Siz tamamilə mühasirəyə alınmış, böyük bir həbsxanada yaşayan Cenin, Nablus və Qəzzanın əliboş əhalisi ilə bacara bilmədiniz. Belə isə, necə İrana rəqib olmaq istəyirsiniz?”
Ekspertlər Məclisinin üzvü deyib: “Bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri “biz sizin qulağınızın dibinə gəlmişik” demək üçün sərhədimizə (İran) gəldi. Bu, bizim üçün çətin və ağır idi. Həmin səbəbdən bu səfərimdə Marun əl-Rəsə getdim, sionist qəsəbəsinə baxan İsrail sərhədinin yanında dayandım, müqavimət şəhidlərinə salam göndərdim, 75 ildir müsəlmanların qanını tökən, fələstinliləri qətlə yetirən qatili lənətlədim, Allahdan istədim ki, İslam torpaqlarını tez bir zamanda azad etsin, qatil sionistləri zillət və xar halda gəldikləri yerdən eyni yerə qaytarsın. Məndən əvvəl ölkəmizin xarici işlər naziri həmin sərhəddə getmişdi ki, İsrailin Azərbaycandakı səfiri onun bu addımının cavabsız qalmayacağını bilsin.
Həmçinin, Tuffah bölgəsində Hizbullah tərəfindən sıradan çıxarılan tanklar, raketlər və hər cür İsrail hərbi texnikası qəbiristanlığına da getdik. Qürurla İsrailin yanmış tanklarının üstündə dayandıq və Hizbullah döyüşçülərinin şücaətini alqışladıq.”
Sizin rəyiniz