İRNA-nın xarici siyasət üzrə müxbirinin məlumatına görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bazar ertəsi Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd əl-Busəidi ilə birgə mətbuat konfransında deyib: “Hesab edirik ki, qonşu ölkələr arasında əlaqələr davamlı və zəncirvari şəkildə arta bilər. Bu, bizim regionumuzun davamlı inkişafı, təhlükəsizliyi və sabitliyi üçün lazımdır.”
Xarici işlər naziri əlavə edib: “Fars körfəzi regionunda biz sülh, təhlükəsizlik və davamlı inkişafın əsas açarı olan dialoq və həmkarlıq əsasında əməkdaşlıq etməliyik.
Bu gün biz Omanın xarici işlər naziri ilə İranın “Fars körfəzinin səkkiz ölkəsi üstəgəl Yəmən” görüşü üçün təklif etdiyi təşəbbüsü müzakirə etdik. Fars körfəzi ölkələrinə son səfərimdə onların bu təşəbbüsə müsbət münasibəti ilə qarşılandıq və ümid edirik ki, bu təşəbbüs gələcəkdə həyata keçiriləcək.”
Abdullahiyan Omanın İrana qarşı birtərəfli sanksiyaları ləğv etmək səylərini təqdir edərək deyib: “Omandakı qardaşlarımız hər zaman təzyiqçi sanksiyaların ləğvinə çalışırlar.”
Xarici işlər naziri Yəmən danışıqlarının müharibənin tamamilə başa çatmasına və Yəmən-Yəmən danışıqlarına girməsinə, bu ölkənin tərəqqisinə, inkişafı və rifahına səbəb olacağına ümidvar olduğunu bildirib.
O, bəzi Avropa ölkələrində ilahi kitabların təhqir olunmasının davam etdiyindən təəssüfləndiyini və terrorizmi təbliğ edən bu cür davranışları qətiyyətlə pislədiyini bəyan edib.
Əmir Abdullahiyan açıqlamasının digər hissəsində deyib: “Bu yaxınlarda Fars Körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı bəyanatlarından birinə üç ada ilə bağlı bənd daxil edilib, amma biz göstərdik ki, İranın ərazi bütövlüyü və milli suverenliyi ilə bağlı heç bir tərəfə güzəştə getmirik.
Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasından sonra Rusiya hökumət orqanları izahat verdi, lakin biz bunu kifayət hesab etmirik. İranın ərazi bütövlüyü ilə bağlı Rusiya və ya hər hansı digər tərəfdən bu prosedurun təkrarlanmasını qəbul etmirik.”
Ukrayna və Rusiya arasında münaqişəyə toxunan nazir vurğulayıb: “Ukraynaya gəlincə, biz hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə inanırıq. Bu məsələ bütün ölkələrin beynəlxalq hüququna əsaslanmalıdır. Təbii ki, biz hələ də müharibənin siyasi həll yolu ilə bitməsini vurğulayırıq.”
Mətbuat konfransının davamında Omanın xarici işlər naziri Bədr əl-Busəidi İrana səfərindən məmnunluğunu ifadə edərək deyib: “Bu gün müştərək məsələlərin müzakirəsi baxımından səmərəli görüşümüz oldu.”
Omanın xarici işlər naziri bölgədə baş verən hadisələrlə bağlı deyib: “Cənab nazirin təklif etdiyi məsələlər iki ölkənin dərin yaxınlığına əsaslanırdı. Omanın siyasəti də mehriban qonşuluq prinsipinə əsaslanır.”
Əl-Busəidi qeyd edib ki, fikir fərqliliyi normaldır, lakin bu fərqləri aradan qaldırmağın yeganə yolu bütün tərəflərin razılaşdığı həllərin əldə edilməsi məqsədi ilə səmimi və şəffaf dialoqdur. Biz bu üsula inanırıq və hesab edirik ki, bu metod ölkələr arasında münasibətləri gücləndirmək üçün düzgün yoldur.
Sizin rəyiniz