21 iyul 2023 at 13:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85176375
T T
0 Persons

Tags

Seyid Həsən Nəsrullah: Ərəb və İslam ölkələri İsveç səfirlərini ölkədən çıxarmalıdır

Tehran – İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı İsveçdə Qurani-Kərimin təhqir olunmasına cavab olaraq etdiyi çıxışında ərəb və İslam ölkələrindən İsveç səfirinin çıxarılmasını istəyib.

İRNA-nın “Əl Minar” telekanalına istinadla verdiyi xəbərə görə, Seyid Həsən Nəsrullah deyib: “Baş verənlərə görə təəssüflənirik və narahatıq. Bu, təkrar bir çirkin hərəkət və Quranımıza hörmətsizlik idi. Qurana hörmətsizlik bütün müsəlmanları kədərləndirir. Mən bütün müsəlmanlardan istəyirəm ki, öz hökumətlərindən İsveçdən səfirlərini geri çağırmağı, İsveç səfirlərini ərəb və İslam ölkələrindən qovmağı istəsinlər.”

Hizbullahın Baş katibi əlavə edib: “Bütün bacı və qardaşlarımdan istəyirəm ki, bu cümə günü adi bir cümə olmasın, məscid və namazxanalar Quranla dolsun və məscidlərin qarşısında toplaşma olsun.

Bütün məscidlər qarşısında cümə günü keçirilən aksiyamızın mesajı hökumətlərdən səfirlərini İsveçdən geri çağırmalarını və İsveç səfirlərini ölkədən çıxarmalarını istəmək olmalıdır.

Cümə namazından sonrakı aksiya üçün xüsusi çağırışım var. Biz Livan hökumətindən müsəlmanların təhqir olunmasına etiraz olaraq İsveç səfirini Livandan çıxarmasını istəyirik.”

Hizbullah lideri əlavə edib ki, cümə günü Qurani-Kərimə dəstək olmaq üçün məscidlərin qarşısına yığışacağıq. Cümə gecəsi də Quranla birlikdə məclislərdə olacağıq. Bütün dünyaya deyirik ki, biz bu Quranı qəlbimizlə, qanımızla qoruyacağıq. Bu, bizim məsuliyyətimizdir. Bütün dünya görməlidir ki, bizim Quranımıza hörmətsizlik olunanda onu necə qucaqlayırıq və tilavət edirik.

Dünən İsveç polisi təxribat xarakterli addım ataraq daha əvvəl bu iyrənc əməli törətmiş həmin şəxsə İraqın Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmağa növbəti dəfə icazə verib.

Cümə axşamı günü Salvan Momika növbəti dəfə iyrənc və anti-İslam hərəkətə yol verərək, Stokholmdakı İraq səfirliyi qarşısında Quranı və İraq bayrağını cırıb ayaqlamağa cəhd edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .