İRNA-nın xarici siyasət üzrə müxbirinin məlumatına görə, XİN-nin mətbuat katibi Nasir Kənani Avropa İttifaqının İran İslam Respublikasına qarşı yeni sanksiyalar tətbiq etməsinə münasibət bildirərək deyib: “Dəfələrlə rəsmi şəkildə elan olunduğu kimi, İran pilotsuz təyyarələrinin Ukraynaya qarşı istifadə etmək üçün Rusiyaya ixrac edilməsi iddiası əsassız ittihamdır.”
N. Kənani əlavə edib: “Ukraynadakı müharibəni İran İslam Respublikası ilə Rusiya arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdi yalnız siyasi məqsədlər güdən bir hərəkətdir.”
Kənani İran İslam Respublikasının Ukraynadakı müharibənin əleyhinə olduğunu açıq və tez-tez vurğulamasına işarə edərək, diplomatik kanallar vasitəsilə müharibənin dayandırılmasının sürətləndirilməsinin vacibliyinə təkid edib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Qərb İran xalqına qarşı siyasi motivlərlə, yalan və sübuta yetirilməmiş iddialara əl atmaqla səmərəsiz və uğursuz siyasətindən istifadə etməyə çalışır.
İran Avropa Birliyinin sanksiyalarına qarşı əks tədbirlər görmək hüququnu özündə saxlayır
Kənani vurğulayıb: “İran İslam Respublikası Avropa İttifaqı və onun üzvlərinin sanksiya tədbirlərinə qarşı qarşılıqlı və mütənasib addımlar atmaq hüququnu özündə saxlayır.”
Sizin rəyiniz