22 iyul 2023 at 00:28
Jurnalist kodu: 5487
Xəbər kodu: 85176719
T T
0 Persons

Tags

İRNA və AZƏRTAC-ın ofisləri Bakıda və Tehranda fəaliyyətə başlayır

Bakı - İRNA - İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Tehran və Bakı arasında mədəniyyət, ictimai diplomatiya və media sahələrində əməkdaşlığın bərpasına toxunaraq, İslam Respublikası Xəbər Agentliyinin baş direktorunun Bakı və Şuşaya səfərini bu xəbər agentliyində azərbaycan dili bölməsinin açılması, İRNA və AZƏRTAC-ın ofislərinin yenidən fəaliyyətə başlaması kimi yeniliklər üçün platforma hesab edib.

Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi “İRNA Azəri” ilə eksklüziv söhbətində bildirib: “27 yanvar 2023-cü ildə Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı baş vermiş xoşagəlməz və acı hadisədən sonra bu iki qonşu dövlətin münasibətləri müəyyən qədər kəsildi. Buna baxmayaraq, tərəflər bu mərhələni müdrikliklə keçməyə çalışdılar.”

Səfir əlavə edib: “Bu xoşagəlməz hadisədən sonra İran və Azərbaycanın xarici işlər nazirləri tərəfindən bəzi təşəbbüslər irəli sürüldü. Bu baxımdan iki nazir təxminən beş raund telefon danışığı ilə məlum gərginlikdən çıxış yollarını müzakirə etdilər.”

Səfirin sözlərinə görə, bu nəticə nəhayət əldə edilib, Hüseyn Əmir Abdullahiyanın bu yaxınlarda Bakıya səfəri və Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin beynəlxalq konfransı çərçivəsində azərbaycanlı həmkarı ilə keçirdiyi görüşdə bu məsələlər daha aydın şəkildə qaldırılıb. Həmçinin, bu hadisə ilə bağlı İranın müvafiq qurumlarının gördüyü işlər Azərbaycan hakimiyyətinə çatdırılıb.

Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri səfirliyə hücum edən şəxsin işi ilə bağlı da deyib: “Tezliklə İrandan bir heyət bu işi ümumiləşdirmək və yekunlaşdırmaq üçün Bakıya səfər edəcək. Beləliklə, hücum edən şəxsin son hökmü açıqlanacaq. Çox güman ki, ən ağır şəkildə cəzalandırılacaq.

Bundan başqa, siyasi sahədə də müəyyən anlaşılmazlıqlar var idi, hazırda tərəflər bu məsələləri müzakirə edirlər. Bu sahədə də nümayəndə heyətlərinin səfərləri baş tutdu.”

Seyid Abbas Musəvi tərəflərin görülən səy və tədbirlər əsasında tezliklə münasibətlərin yaxşılaşacağının şahidi olacaqlarına ümidvar olduğunu bildirib.

İRNA və AZƏRTAC arasında əldə edilmiş razılaşma ilə mədəniyyət və media əməkdaşlığı güclənəcək

İranın Azərbaycan Respublikasındakı səfiri müsahibəsinin davamında deyib: “Mədəniyyət, xalq diplomatiyası və media sahələrində Tehran-Bakı əməkdaşlıqları kəsilmişdi. Bu məsələ doktor Nadirinin Dünya Media Forumunda iştirak etmək üçün Bakı və Şuşaya səfəri zamanı qaldırıldı və həll olundu.”

Seyid Abbas Musəvi əlavə edib: “Bu səfər zamanı cənab Nadiri azərbaycanlı həmkarı, “AZƏRTAC” İnformasiya Agentliyinin rəhbəri ilə görüşdü. Görüşdə tərəflər media sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəldilər. Bununla da İRNA və AZƏRTAC-ın ofisləri iki ölkənin paytaxtlarında yenidən fəaliyyətə başlayacaq.”

Musəvi vurğulayıb ki, İRNA Xəbər Agentliyinin Azərbaycan bölməsinin açılışı bu görüşün ən mühüm nailiyyəti hesab olunur. Bu xəbər saytının digər dillərinin yanında bu dilin yeri görünürdü. Buna görə də İRNA-nın auditoriyasının və ziyarətçilərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bu yolla azəridilli auditoriya ikitərəfli əlaqələrə, hətta İranın daxili məsələlərinə aid xəbərləri İRNA Xəbər Agentliyinin azəri bölməsindən istənilən yerdə birinci əldən, düzgün və rəsmi izləyə bilər. Bu, cənab Nadirinin Bakıya səfəri zamanı əldə edilən çox böyük nailiyyətdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .