22 iyul 2023 at 12:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85177167
T T
0 Persons

Tags

Qalibaf: Dünya müsəlmanlarının inanclarını təhqir etmək əvəzsiz qalmayacaq

Tehran – İRNA - İran İslami Şura Məclisinin sədri İsveç hökumətinin Quranın yandırılmasının qarşısını almaq üçün heç bir əməli və təsirli tədbir görmədiyini bəyan edib və bu ölkə rəsmilərinə səslənərək deyib: “Dünya müsəlmanlarının inanclarını təhqir etmək əvəzsiz qalmayacaq.”

İRNA-nın parlament müxbirinin verdiyi məlumata görə, Məhəmməd Baqir Qalibaf şənbə günü (22 iyul) İslami Şura Məclisinin açıq iclasından əvvəl etdiyi çıxışında İsveç hökumətinin Qurani Kərimə qarşı təkrar təhqir üçün şərait yaratmasını pisləyərək deyib: “İsveç hökumət bu hərəkətə qarşı çıxmaq iddiasında dürüst deyil və belə hərəkətlərin qarşısını almaq üçün heç bir əməli və təsirli tədbir görməyib.”

Qalibaf vurğulayıb: “Dünya müsəlmanlarının hisslərini incitmək, əqidələrini təhqir etmək əvəzsiz qalmayacaq və İsveç hökuməti bu təhqirlərə görə cavab verməlidir.”

İslami Şura Məclisinin sədri deyib ki, dünən İslami İran müsəlman xalqının ölkə boyu bu mənfur hərəkəti pisləmək üçün qalxması vaxtında, zəruri və situasiyaya uyğun bir addım idi.

Spiker vurğulayıb: “Müsəlman dövlətlərdən də müsəlman xalqları kimi bu şeytansifətlərin hörmətsilik etməsinə qarşı birlik və dini qeyrət nümayiş etdirmələri gözlənilir.”

İRNA-nın məlumatına görə, İslami Şura Məclisinin nümayəndələri də bəzi Avropa ölkələrinin Quranı təhqir etməsinə etiraz olaraq Məclisin bugünkü açıq iclasının başlanğıcında ayağa qalxaraq Quranın xətm duasını oxuyublar və İngiltərəyə ölüm, Amerikaya ölüm şüarları səsləndiriblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .