23 iyul 2023 at 13:51
Jurnalist kodu: 5487
Xəbər kodu: 85178428
T T
0 Persons

Tags

İslam ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilsin

Tehran - İRNA - İran İslam Respublikasının xarici işlər naziri türkiyəli həmkarı ilə telefon danışığında bu ölkənin Qurani-Kərimə olunan hörmətsizliyi pisləməklə bağlı mövqeini yüksək qiymətləndirərək, İslam ölkələrinin xarici işlər nazirlərinin ən qısa zamanda fövqəladə iclasının keçirilməsini təklif edib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası və Türkiyə xarici işlər nazirləri şənbə günü axşam saatlarında telefon danışığında, İsveç və Danimarkada Qurani təhqir edilməsini qəti şəkildə pisləməklə yanaşı, ikitərəfli, regional və beynəlxalq sahədə iki ölkəni maraqlandıran ən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin Qurani-Kərimin təhqir edilməsini pisləməklə bağlı mövqeini yüksək qiymətləndirərək, İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasının tez bir zamanda keçirilməsini təklif edib.

Abdullahiyan iki ölkə arasındakı münasibətləri dostluq, qardaşlıq və strateji münasibətlər kimi qiymətləndirib, Türkiyənin xarici işlər nazirini Tehrana səfərə dəvət etməklə yanaşı, İran İslam Respublikasının iki ölkənin birgə iqtisadi komissiyasını Tehranda keçirməyə hazır olduğunu açıqlayıb.

Türkiyənin xarici işlər naziri Qurani-Kərimin təhqir olunmasını bir daha pisləməklə yanaşı, ölkəmizin xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclasının keçirilməsi ilə bağlı təklifini alqışlayıb.

Hakan Fidan dəvətə görə Əmir Abdullahiana təşəkkür edib və yaxın vaxtlarda Tehrana səfər edəcəyini açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .