24 iyul 2023 at 12:29
Jurnalist kodu: 5487
Xəbər kodu: 85179380
T T
2 Persons

Tags

İRNA Azəri-nin işə salınması zəruri addım idi

24 iyul 2023 at 12:29
Xəbər kodu: 85179380
İRNA Azəri-nin işə salınması zəruri addım idi

Tehran - İRNA - İslam Respublikası Xəbər Agentliyinin baş direktoru doktor Əli Nadiri Azərbaycan Respublikasına dörd günlük səfəri zamanı bu xəbər agentliyinin Azərbaycan dili ( https://az.irna.ir/ ) bölməsinin açılışını edib.

Bu bölmə azəri dilli auditoriyanın İran xəbərlərinə birbaşa çıxışı və iki ölkənin ortaq düşmənlərinin media planlarına qarşı çıxmaq və saxta xəbərlərlə mübarizə aparmaq məqsədilə fəaliyyət göstərəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bu addımı alqışladı və bildirdi: “Mən ümid edirəm ki, “İRNA Azərbaycan” doğrudan da iki ölkə arasında münasibətin güclənməsinə müsbət təsir göstərəcək. Çünki məsuliyyətli KİV qonşu ölkələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edir.”

İRNA Azəri saytının işə salınmasını aşağıdakı aspektlərdən təhlil etmək olar:

1. İnformasiya əsrində ictimai rəyin məlumatlandırılması üçün informasiyanın artırılması çox vacibdir və İran İslam Respublikası Xəbər Agentliyi ən qədim xəbər təşkilatı və media diplomatiyasının təsirli amillərindən biri kimi “İRNA Azəri” vasitəsilə İran və Azərbaycan Respublikası arasında əlaqələrin səviyyəsinin yüksəldilməsində təsirli ola bilər.

2. Azəri dili İslam dünyasının üç mühüm dilindən biridir və bu dilin hədəf auditoriyası, yəni Şimali və Cənubi Qafqaz İran İslam Respublikası üçün strateji əhəmiyyət kəsb edir. İRNA-nın Azərbaycan bölməsinin fəaliyyəti İslam Respublikasının müxtəlif etnik qrupların, xüsusilə də nəcib azəridilli xalqların mədəniyyət və dilinin təbliğinə diqqət yetirdiyini göstərir və İslam hökumətinin azəri dilini yüksəltmək istəyinin əməli simvoludur. Ona görə də İRNA-nın Azərbaycan dilində xəbərlər, təhlillər və reportajlar yayımlaması zəruri və vaxtında atılmış addımdır.

3. İran və Azərbaycan Respublikasının mədəni, dini, məzhəbi, tarixi və coğrafi yaxınlıqlarını və bu ölkənin xalqı tərəfindən azəri dilli medianın qəbul edilməsini nəzərə alaraq, İRNA Azəri-nin sosial-mədəni yanaşma seçməsi, düzgün xəbər və faktların dərci və əməkdaşlıq imkanlarının bir-birinə təqdim edilməsi Tehran və Bakı arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində medianın müsbət roluna səbəb olacaq amillərdir.

4. Müasir dövrdə media xalqların münasibətlərinin yaxınlaşmasında təsirli olduğu qədər də bu münasibətlərin zəiflədilməsində mənfi rol oynaya bilər. Əslində, media barışıq və qarşılıqlı əlaqənin səbəbi ola biləcək və ya iki xalq arasında zorakılığa və ya qarşıdurmaya səbəb ola biləcək güclü bir vasitədir. Buna əsasən, informasiyanın düzgün və birbaşa ötürülməsi, xəbərlərin dolayı yoldan birbaşa yollara ötürülməsinin aradan qaldırılması üçüncü amillərin yanlış məlumatlara görə rolunu neytrallaşdıracaq və anlaşılmazlıqların azaldılmasında, onlar arasında əlaqələrin möhkəmlənməsində konstruktiv rol oynayacaq.

5. Qədim sivilizasiya və ortaq mədəni irsin mövcudluğu iki ölkə arasında ünsiyyətin üstünlüklərindən biridir və iki xalq arasında dostluğun möhkəmlənməsində mühüm rol oynaya bilər. İRNA Azəri xəbərlərdən əlavə, mədəni-maarif mediası kimi İran və Azərbaycan yazıçılarının təhlil və qeydlərini dərc etməli, iqtisadiyyat, siyasət, mədəniyyət, turizm və adət-ənənələr sahələrində tərəflərin fikirlərini auditoriyaya çatdırmalıdır.

Ümid edirik ki, İRNA-nın Azərbaycan dili saytının işə salınması iki xalqı bir-birinə yaxınlaşdırmaq və rəsmi əlaqələri gücləndirmək üçün mühüm addım olacaq, Hafizin şeirindəki “Doğruçular çaparı” kimi “tanış dosta, tanış sözü” çatdıracaq.

Ey doğruçular çaparı bizə yarımızdan xəbər söyləGülün əhavalını dastan oxuyan bülbülə söyləBiz üns xəlvətinin sirdaşıyıq, qəm yeməTanış dosta, tanış sözü söylə

Möhsin Pakayinin qeydi

2 Persons

Sizin rəyiniz

You are replying to: .