Qafqaz super güclərin fitnə və rəqabət meydanına çevrilməməlidir / Müharibəyə əsaslanan nizam bitmişdir

Tehran – İRNA – İranın Xarici İşlər naziri deyib: Biz inanırıq ki, Qafqaz regionunda müharibəyə əsaslanan nizam sona çatıb və sülhə əsaslanan nizam bərqərar olub. Bu davamlı sülh hökumətlər və xalqlar arasında dostluq və harmoniya dialoqu tələb edir.

İRNA-nın xarici siyasət üzrə müxbirinin məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian bu gün günorta (bazar ertəsi) Tehrana səfər edən erməni həmkarı ilə birgə mətbuat konfransında deyib: Cənubi Qafqaz regionu İran üçün böyük əhəmiyyət kəsb edir və biz bu regionun ölkələri arasında yaxınlaşmanı alqışlayırıq.

O, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının irəliləyişini alqışladığını bildirərək dedi: İran Qafqaz regionunda sülhün bərpa olmasına diqqət yetirir və mənim Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Qoşulmama Hərəkatı çərçivəsində bu yaxınlarda keçirdiyim görüşü, Ermənistanın xarici işlər naziri ilə bugünkü görüşümü və Ermənistanın baş naziri ilə son aylarda keçirdiyimiz görüşləri, İranın regionda uzunmüddətli sülh və əmin-amanlığın yaradılması üçün tədbirləri saymaq olar.

Əmir Abdullahian həmçinin əlavə edib: Tehran və İrəvan tranzit yollarının vacibliyini vurğulayırlar. Cənab İlham Əliyev əmin etdi ki, onlar İran və Ermənistanın tarixi yolunu bağlamağa çalışmayacaqlar.

Xarici İşlər naziri dedi: Biz inanırıq ki, qonşular arasında möhkəm sülh və təhlükəsizlik region ölkələrinin ümumi maraqlarını təmin edə bilər.

Əmir Abdullahyan deyib: Qafqaz regionu super güclərin fitnə və rəqabəti meydanına çevrilməməlidir. Çünki belə olduqda, regionda sülhə nail olmağı yubadır.

O bildirdi ki, biz bu gün həmkarımla sülh danışıqlarını müzakirə etdik. Sonra əlavə etdi: Biz inanırıq ki, Qafqaz regionunda müharibəyə əsaslanan nizam sona çatdı və sülhə əsaslanan nizam bərqərar oldu. Bu davamlı sülh hökumətlər və xalqlar arasında dostluq və harmoniya dialoqu tələb edir.

 İran 3+3 formatını dəstəkləyir

Xarici İşlər naziri dedi: İstənilən danışıq tərəflərin razılığı ilə balanslaşdırılmış atmosferdə aparılmalı və regionun reallıqlarına və tərəflərin maraqlarına uyğun konkret nəticələrə malik olmalıdır.

O, bəzi xarici tərəflərin Qafqaz regionunda bəzi fikir ayrılıqlarından sui-istifadə etməyə çalışdıqlarını deyərək bildirib: Biz region ölkələri arasında 3+3 formatını dəstəkləyirik və İran Ermənistan və Azərbaycanın da iştirak etdiyi bu görüşü keçirməyə hazır olduğunu bəyan edir.

Əmir Abdullahian dedi: Bu gün biz tranzit imkanlarından istifadə və nəqliyyat maneələrinin aradan qaldırılması zərurətini müzakirə etdik. Tehran və İrəvan tərəflər arasında danışıqların davam etdirilməsini istəyir.

Xarici İşlər naziri bildirdi: Bu gün biz bəzi regional məsələlər üzrə məsləhətləşdik və İran və Ermənistan Respublikası arasında ikitərəfli əlaqələri müzakirə etdik. Biz, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və hər iki tərəfin əməkdaşlıq layihələrinin həyata keçirilməsi yollarını araşdırdıq.

O əlavə etdi: Ötən bir ildə yaxşı işlər görülüb və biz inanırıq ki, əməkdaşlığın inkişafı üçün hələ çox imkanlar var.

Əmir Abdullahian dedi: Biz qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq və təbii ki, onu 3 milyard dollara yüksəltmək üçün hərəkət edirik və bu sahədə yaxşı addımlar atılıb.

Ermənistan Xarici İşlər nazirinin Tehrana səfərinin məqsədinin təfərrüatı

ici İşlər naziri dedi: Ermənistanın Xarici İşlər nazirinin bugünkü səfərinin əsas məqsədi, Ayətullah Rəisi ilə Ermənistanın baş naziri arasındakı son görüş zamanı əldə edilmiş razılaşmaların dəyərləndirilməsidir.

O dedi: İki ölkə enerji, nəqliyyat və tranzit sahəsində bir-birini tamamlayan imkanlara malikdir və biz elektrik enerjisi sahəsində də əməkdaşlığımızı genişləndirə biləcəyimizə inanırıq.

Sonda Əmir Abdullahian qeyd etdi: Hər iki tərəf tədqiqat və inkişaf şirkətləri arasında mübadilə və əməkdaşlıq, habelə elmi sahədə əməkdaşlığa ciddi yanaşır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .