Kənani: İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı iyulun 31-də keçiriləcək

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi iyulun 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin virtual fövqəladə iclasının keçiriləcəyini elan edib.

İRNA-nın məlumatına görə, Nasir Kənani çərşənbə axşamı deyib: “İran İslam Respublikası və İraq xarici işlər nazirlərinin birgə təklifi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İslam ölkələrindəki həmkarları ilə təmasları, habelə onlara müraciət ünvanlaması və İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə söhbət, həmin təşkilatın baş katibinə məktub göndərilməsindən sonra təşkilat 31 iyulda xarici işlər nazirlərinin fövqəladə iclasını keçirməyə razılaşıb. İclas İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunması məsələsini müzakirə edib araşdıracaq.”

İRNA-nın məlumatına görə, İsveç və Danimarkada Qurani-Kərimə edilən hörmətsizlikdən sonra xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə və Küveyt kimi bəzi İslam ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığında İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasını keçirməyə və İslam müqəddəslərinin təhqirini pisləmək üçün sərt mövqe bildirməyə çağırmışdı.

0 Persons

Sizin rəyiniz

You are replying to: .