26 iyul 2023 at 23:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85182070
T T
2 Persons

Tags

Zəncanın Hüseyniyyə Əzəm əzadarlıq mərasiminin tarixinə bir baxış

Zəncan - İRNA - Zəncanlı tədqiqatçı Hüseyn Hüseynəlinin apardığı araşdırmaya əsasən, ağsaqqal və tarixçilərin dediyinə görə, Zəncanda Hüseyniyyə Əzəmin tarixini bəyan və sübut edən beş yazılı sənəd var.

İRNA-nın məlumatına görə, zəncanlılar üçün Məhərrəm ayının 8-i olan “Yəvm əl-Abbas” Zəncan xalqının “Yel yatar, tufan yatar, Yatmaz Hüseynin bayrağı” fəryadının dünyada əks-səda verdiyi gündür. Bu gün İmam Hüseynin (ə) bayraqdarı Həzrət Abbas Ələmdarın (ə) xatirəsi eşq və məhəbbətlə anılır, hamı Aşura günü yaxınlaşdığı üçün ağlayır və “ya Əbbas” şüarı səsləndirir.

Zəncan şəhərində Məhərrəm ayının 8-də əhval-ruhiyyənin necə olduğunu bilmək üçün Zəncanda olmalısınız. Zəncan şəhərinin əhalisi, uşaqları, gəncləri, qadınları, kişiləri, hamı bu əzəmətli toplantıya hazırlaşır. Prospektlərin ətrafı, Hüseyniyyənin əzadarlarının hərəkət yolu İmam Hüseyn (ə) aşiqlərinin böyük mərasimində iştirak etmək üçün yaxın şəhər və kəndlərdən və bir çox uzaq əyalətlərdən Zəncana gələn çoxlu qonaqlarla dolur.

Bura Zəncandır! Hüseyni eşqinin və şövqün paytaxtı! Məhərrəm ayının səkkizinci günü eşqlə və böyük matəm yürüşü ilə hərəkət edənlərin şəhəri! Bu gün “Ya Hüseyn” və “Ya Əbəlfəzl Ələmdar” fəryadı böyük-kiçiyin dilinin zikridir. Bu gün “Yel yatar, tufan yatar, Yatmaz Hüseynin bayrağı” fəryadı bir daha əks-səda verdi.

Zəncanın Hüseyniyyə Əzəm əzadarlarının möhtəşəm mərasimi Firdovsi prospektində yerləşən Hüseyniyyə Əzəm məscidindən başlayır, İmam Xomeyni (r.ə.) prospektində, Səbz meydandan keçdikdən sonra Zəncan şəhərində yerləşən İmamzadə Seyid İbrahimə (ə) doğru hərəkət edir. Elə olur ki, əzadar dəstəsinin əvvəli İmamzadə Seyid İbrahimin (ə) məzarının yanına çatsa da, dəstənin sonu məscidlə Səbz meydan arasında əzadarlıq edirlər. Dəstənin hətəkət marşrutunda olan küçə və yollar da əzadar insanlarla doludur.

Bu ilki Həzrət Abbas (ə) günündə Zəncan xalqı Qurani-Kərimin təhqirini pisləmək və koordinasiyalı bir hərəkətlə, bu İlahi müqəddəs kitaba olan sədaqətlərini nümayiş etdirmək üçün, özləri ilə kiçik cib Quranı da gətiriblər.

Bu gün Zəncanının Məhərrəm ayının 8-ci günü mərasimi yerli əzadarlar və xaricdəki Əba Abdullah İmam Hüseyn (ə) aşiqləri üçün 14 televiziya kanalından canlı və eyni vaxtda yayımlanıb.

Bu əzəmətli mərasim 1, 2, 3, Tehran, Xəbər, Şoma, Ofoq, Quran, Əl-Aləm, Əl-Kəvsər, Press TV, Səhər və (Zəncan əyalətinin) İşraq kanallarında Kərbəla səhrası şəhidlərinin aşiqləri və ürəyi yananları üçün canlı yayımlanıb.

Zəncanın Hüseyniyyə Əzəminin tarixi

İndi isə, Zəncanın Hüseyniyyə Əzəminin tarixinə nəzər salsaq, Zəncanın Hüseyniyyə Əzəminin nə vaxtdan Hüseyniyyəyə çevrildiyini anlayarıq:

Bu məscidin tarixinin təfərrüatlarına keçməzdən əvvəl, indiyə qədər əldə etdiyimiz mənbələrdə “Hüseyniyyə” sözünün ifadəsinə qısaca işarə edək.

Hicri 907-ci ildə Şah İsmayıl Səfəvinin başçılığı ilə Səfəvilər sülaləsi iqtidara çatdıqda, İranın rəsmi dini “12 imam şiəliyi” elan edildi. Bu sülalənin İranda iqtidara çatmasının mühüm nailiyyətlərindən biri də, əzadarlıq və növhəxanlığın davamı və yayılması olmuşdur. Həmçinin ziyarətgahlara, xüsusən də Kərbəla ziyarəti İslam dünyası şiələrinin diqqətinə səbəb olduğu üçün, onlar Kərbəla zəvvarlarının əzadarlığı üçün müxtəlif şəhər və kənd yollarında qalalar tikdilər ki, onlar “Hüseyniyyə” adlandırıldılar. İndiyədək “Hüseyniyyə” sözünün ilk nümunələri Şah Abbas Səfəvi dövrünün tarixi mətnlərində, o cümlədən “Tarix-i aləm aray-i Abbasi” (Dünyanı bəzəyən Abbasın tarixi‎) kitabında qeydə alınıb.

Bu dövrdə diqqət ayrılan şəhərlərdən biri də, Teymurilər dövrünün yaratdığı dağıntılara və bu prosesin davam etməsinə baxmayaraq, Səfəvilər dövründən yenidən böyüməyə və çiçəklənməyə başlayan “Zəncan” idi. Məhz bu zaman, bu şəhərdə bir Hüseyniyyə də tikildi. Mövcud tarixi-coğrafi mətnlərdə bir mənbədən başqa heç bir mənbədə “Zəncan Hüseyniyyəsi”-nin adı çəkilmir və gələcəkdə bu sahədə başqa mənbələrə də rast gəlinəcəyi ümid edilir.

Sizin rəyiniz

You are replying to: .