İRNA-nın Fələstinin “Şəhab” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, sionist qüvvələr Qalqilya şəhərinə hücum ediblər. Sionistlər 14 yaşlı fələstinli yeniyetmə Faris Şəhrəbil Əbu Səmrəyə atəş açaraq onu şəhid ediblər.
Bu xəbərə əsasən, sionist qüvvələrin Qəlqiliya şəhərinin Əl-Nəqar məhəlləsinə hücum etməsi fələstinli gənclərlə işğalçılar arasında şiddətli qarşıdurmaya səbəb olub.
Çərşənbə günü də Fələstin Səhiyyə Nazirliyi sionistlərin gülləsinə tuş gələn 23 yaşlı fələstinli Məhəmməd Əbdül-Həkim Nəim Nadinin şəhadətini xəbər vermişdi.
Son aylarda İordan çayının qərb sahilində sionist hərbçilərin hücumlarına qarşı Fələstin vətəndaşlarının müqaviməti və fələstinli mübarizlərin sionistlərə qarşı silahlı mübarizəsi artıb.
Bu vəziyyət sionist rejimin siyasi və hərbi rəhbərlərini o qədər narahat etmişdir ki, uşaq və yeniyetmələrə də atəş açırlar.
Sizin rəyiniz