30 iyul 2023 at 17:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85184943
T T
0 Persons

Tags

Qərbi Azərbaycanda 2500 nəfər qan verib

30 iyul 2023 at 17:24
Xəbər kodu: 85184943
Qərbi Azərbaycanda 2500 nəfər qan verib

Urmiya - İRNA - Qərbi Azərbaycan Əyalətinin Qanköçürmə İdarəsinin baş direktoru deyib: “Bu əyalətin 2 min 500 xeyirxah insanı Tasua və Aşura günlərində qanköçürmə mərkəzlərinə gələrək ehtiyacı olan xəstələrə kömək məqsədilə qan verib.”

Doktor Müctaba Qəhrəman bazar günü İRNA müxbirinə açıqlamasında insanların qanvermə aksiyasını yaxşı qarşıladığını vurğulayaraq deyib: “Bu aksiya Məhərrəm ayının əvvəlindən başlayıb və Səfər ayının sonuna qədər davam edəcək. İndiyə qədər çoxlu sayda qan donoru bu məqsədlə qanköçürmə mərkəzlərinə müraciət edib.”

Tasua və Aşura günlərində insanların bu kampaniyada daha çox iştirak etdiyinə toxunan Qəhrəmani bildirib ki, bu iki gündə 2500-dən çox insan müraciət edərək Şəhidlər sərvərinin şəhadət günündə xəstələrə yardım etmək üçün qan verib.

O vurğulayıb ki, ilin əvvəlindən indiyədək 28040 nəfər qan verib və indi də yaxşı insanların sayəsində əyalətdə qan məhsullarının tədarükündə uyğun vəziyyət mövcuddur.

Qanköçürmə İdarəsinin baş direktoru gənclər arasında qan donorluğu mədəniyyətinin təbliğinə toxunaraq deyib: “Gənclər qanvermə mədəniyyətinin yaradılmasında yaxşı irəliləyiş əldə ediblər, belə ki, bu il üç mindən çox qan donoru 25 yaşa qədər olan gənclərdir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .