31 iyul 2023 at 11:21
Jurnalist kodu: 5387
Xəbər kodu: 85185431
T T
0 Persons

Tags

İslam ölkələri İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı sərt məktub göndərib

Tehran - İRNA - İraq Xarici İşlər Nazirliyi elan edib ki, bu ölkə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələri sərt məktub ünvanlayaraq İsveçdə Qurani-Kərimə təkrar edilən hücumları pisləyiblər.

İRNA-nın “Al Sumaria News”a istinadən verdiyi məlumata görə, İsveçin xarici işlər naziri Tobias Billströmə göndərilən bu məktubda vurğulanır ki, bu hərəkətlər müəyyən dinə və ya inanca tabe olan insanlara və ya qruplara qarşı nifrətə səbəb olur və İsveç hökumətinin Qurani-Kərimi yandırmağa icazəsi, başqalarının inanclarına qarşı hücumun məqbul olduğu mesajını verir.

İraq XİN-nin bəyanatında bildirilir ki, İsveç hökumətinin Quranın yandırılmasına icazə verməsi BMT-nin dini dözümlülüyün gücləndirilməsi və dini etiqad azadlığının qorunması ilə bağlı qərarları ilə ziddiyyət təşkil edir.

İsveçin xarici işlər naziri də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirlərinə və nümayəndələrinə birgə məktuba görə təşəkkür edərək deyib: “Anti-İslam istiqamətində həyata keçirilən bütün hərəkətlər İsveç hökuməti tərəfindən qəbuledilməzdir. İsveç və digər ölkələrdəki müsəlmanların bu hərəkətlərdən çox narahat olduqlarını bilirik.”

Tobias Billström əlavə edib ki, Qurana və ya başqa bir müqəddəs kitaba qarşı hörmətsizlik yaxşı hərəkət deyil. Stokholm ekstremistlərin müsəlmanlarla qeyri-müsəlmanlar arasında fikir ayrılığı yaratmaq üçün hərəkət və səylərini qəbul etmir. İsveç hökuməti islamofibiyanın hər hansı formada olarsa, tamamilə əleyhinədir.

İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri Qurani-Kərimə qarşı təkrar təhqirləri araşdırmaq üçün bu gün (bazar ertəsi) fövqəladə iclas keçirməyə hazırlaşırlar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .