31 iyul 2023 at 20:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85186021
T T
0 Persons

Tags

İƏT-in iclası başladı - Qurani-Kərimi təhqir etmək pislənilir

31 iyul 2023 at 20:22
Xəbər kodu: 85186021
İƏT-in iclası başladı - Qurani-Kərimi təhqir etmək pislənilir

Tehran - İRNA - İslam Əməkdaşlıq Təşkilatının Qurani-Kərimin təhqir edilməsi ilə bağlı fövqəladə iclası bu bazar ertəsi günortadan sonra üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə başlayıb.

İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan videokonfrans formatında keçirilən bu iclasda deyib: “Qurani-Kərimin yandırılmasını pisləyirik. Biz bütün üzv ölkələrdən Qurani-Kərimə edilən bu hücum və hörmətsizliklə mübarizə üçün mühüm addımlar atmalarını istəyirik.”

Bin Fərhan bildirib: “Biz nifrət və zorakılığın yayılmasına səbəb olan istənilən hərəkəti pisləyir və sülh dəyərlərinin yayılmasını vurğulayırıq.”

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi də deyib: “İsveç və Danimarkada Qurani təhqir olunmasını pisləmək üçün bu iclası təşkil etdiklərinə görə Ərəbistan və İrana təşəkkür edirik. Bu iclas məlum hücumlarla mübarizə üçün ortaq mövqedir.”

İƏT-in Baş katibi Qurani-Kərimin yandırılması hadisələrini Qurani-Kərimə hörmətsizlikdən xəbər verdiyini qeyd edib.

O, əlavə edib: “Təəssüf ki, Danimarka və İsveç hökumətləri Qurani-Kərimin yandırılmasına icazə verməkdə davam edirlər.”

Sizin rəyiniz

You are replying to: .