2 avqust 2023 at 14:43
Jurnalist kodu: 5487
Xəbər kodu: 85187717
T T
1 Persons

Tags

İranın Fars körfəzindəki adalarının güclü müdafiəsi məqsədilə SEPAH Hərbi Dəniz Qüvvələrinin təlimi başlayıb

Tehran - İRNA - Fars körfəzindəki İran adalarının güclü müdafiəsi məqsədilə SEPAH Hərbi Dəniz Qüvvələrinin təlimi bu gün (çərşənbə) səhər saatlarında Əbu Musa adası mərkəz olmaqla başlayıb.

İRNA-nın müdafiə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Fars körfəzindəki İran adalarının güclü müdafiəsi üçün SEPAH Hərbi Dəniz Qüvvələrinin təliminin həyata keçirilməsi İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami, SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri, silahlı qüvvələrin və yerli müqavimət qüvvələrinin komandirləri və vəzifəli şəxslərinin bir qrupunun iştirakı ilə çərşənbə günü (2 avqust) səhər saatlarında Əbu Musa adasında başlayıb.

“Sərdar Şəhid İshaq Dara” adlanan bu təlim, “Fars körfəzi və İran adalarının təhlükəsizliyinin qorunmasında SEPAH Hərbi Dəniz Qüvvələrinin güc və döyüş müdafiə hazırlıqlarını göstərmək” məqsədi ilə keçirilir.

SEPAH Aerokosmik Qüvvələrinin hava dəstəyi ilə təlimlərin və müxtəlif vəziyyətlərin icrası operativ döyüş bölmələri, üzən, raket, pilotsuz uçuş aparatı, dəniz havası, cəngəllik, çevik reaksiya, Hörmüzqan əyalətinin İmam Hüseyn (ə) batalyonları və dəniz səfərbərliyi tərəfindən həyata keçirilməsi təlimin digər məqsədlərindəndir.

1 Persons

Sizin rəyiniz

You are replying to: .