İRNA-nın bazar günü verdiyi məlumata görə, sionist medialar dünən Təl-Əvivdə baş tutan əməliyyata münasibət bildirərək, HƏMAS və Fələstin İslami Cihad Hərəkatının Təl-Əvivin mərkəzində sionist rejimdən qisas almağı planlaşdırdıqlarını açıqlayıblar.
Bu medialar HƏMAS və İslami Cihad hərəkatlarının işğal olunmuş ərazilərin qəlbində sionist rejimə qarşı qisas əməliyyatları həyata keçirmək üçün “Təl-Əvivi” hədəf kimi seçdiklərini vurğulayıblar.
Kanal 13-də sionist rejim məsələləri üzrə analitik Hayzi Simantov deyib: “Bu iki hərəkat Təl-Əvivi hədəf seçiblər ki, sionistlərin Cenin əməliyyatına və baş verən bütün hadisələrə baxmayaraq, sionist rejimdən qisas ala biləcəklərini göstərsinlər. Məsələnin mahiyyəti budur. Görünən odur ki, HƏMAS və İslami Cihad Hərəkatı qarşıdakı həftələrdə əsas diqqəti digər mücahidləri işğal olunmuş ərazilər daxilində əməliyyatlar keçirməyə təşviq etməyə yönəldəcəklər.”
Şənbə günü axşam Təl-Əvivin mərkəzindəki “Nəhla Benyamin” ərazisində atışma baş verdi, nəticədə 1 sionist polis zabiti öldü, daha 2 nəfər yaralandı.
Yəhudi dilli sionist “Yediot Aharonot” qəzetinin yaydığı məlumata görə, Təl-Əvivdəki bu atışma əməliyyatını həyata keçirən 27 yaşlı gəncdir. Onun üzərində bir vəsiyyətnamə olub. Belə görünür ki, o, dünən israilli qəsəbə köçkünlərinin Bərqa kəndinə hücum etməsi və bir fələstinlinin şəhid etmələrinin intiqamını almaq üçün bu əməliyyatı həyata keçirib.
Şənbə gecəsi sionist rejim KİV-ləri Təl-Əvivdə fələstinli gənclərin bu şəhidlik əməliyyatına reaksiya verərək bildiriblər ki, bu əməliyyat sionist rejimin təhlükəsizlik və hərbi aparatı üçün böyük təhlükəsizlik məğlubiyyətidir.
Sizin rəyiniz