7 avqust 2023 at 14:38
Jurnalist kodu: 5487
Xəbər kodu: 85192062
T T
0 Persons

Tags

Qərbi Azərbaycan əyalətində istehsala dəstək layihələrinin 70%-i həyata keçirilib

Urmiya – İRNA – Qərbi Azərbaycan əyaləti valisinin iqtisadi işlər üzrə koordinasiya müavini deyib: “Bazar günləri istehsalın dəstəklənməsi” formatında əyalətin istehsal obyektlərinə səfər zamanı təsdiqlənmiş 435 qərarın 70 %-i icra olunub.

İRNA müxbirinin məlumatına görə, Cavad Kərəmi bazar günü Qərbi Azərbaycan valisinin Urmiyə Sənaye Şəhərciyində yerləşən 2 istehsal obyektinə səfəri çərçivəsində deyib: İndiyədək əyalətdəki 191 istehsal və sənaye obyektinə vali və əlaqədar icraçılar tərəfindən baxış keçirilmiş, bu obyektlərin qayğıları və problemləri yaxından araşdırılmışdır.

O bildirdi: Səfərlər zamanı durğun və fəaliyyəti zəifləmiş obyektlərin problemlərinin araşdırılmasına çalışılıb və onların həlli üçün əyalətin yüksək səlahiyyətli icraçısı tərəfindən lazımi göstərişlər verilib. Onlarla maraqlanmaq və aradan qaldırmaq aidiyyəti qurumların öhdəsinə qoyulub.

Qərbi Azərbaycan valisinin müavini bütün səylərin durğun və fəaliyyəti zəifləmiş obyektləri istehsala qaytarmaq olduğunu bildirərək dedi: İl ərzində “bazar günləri istehsal və sənayenin dəstəklənməsi”planı heç bir şəraitdə təxirə salınmayıb və bu səfərlər istehsal və innovasiya mərkəzi obyektlərinə dəstək məqsədi daşıyır.

İRNA-nın məlumatına görə, Qərbi Azərbaycanın valisi Məhəmmədsadiq Mötəmidianın təşəbbüsü ilə h.ş. təqvimilə 1400-cü ilin noyabr-dekabrından etibarən “bazar günləri istehsalın dəstəklənməsi” proqramı həyata keçirilməyə başlamış və bu günə qədər də davam edir.

Bu müddət ərzində Qərbi Azərbaycan valisi və əyalətdəki istehsalat maneələrinin asanlaşdırılması və aradan qaldırılması qərargahının üzvləri tərəfindən onlarla istehsal obyektinə baş çəkilmiş, yerindəcə araşdırmalar aparılmış, istehsalatda yaranan problemlərin həlli ilə bağlı yerindəcə qərarlar qəbul edilmişdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .