7 avqust 2023 at 16:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85192183
T T
0 Persons

Tags

Əmir Abdullahian Yaponiyanın Baş naziri ilə görüşüb

7 avqust 2023 at 16:37
Xəbər kodu: 85192183
Əmir Abdullahian Yaponiyanın Baş naziri ilə görüşüb

Tehran – İRNA – Hüseyn Əmir Abdullahian Yaponiyaya rəsmi səfərə gedib. O, səfər zamanı yüksək vəzifəli Yaponiya rəsmiləri ilə görüşəcək. Yerli vaxtla bazar günü axşam Tokioya çatan nazir ölkənin baş naziri ilə görüşüb.

İRNA-nın xarici siyasət şöbəsinin məlumatına əsasən, ölkəmizin xarici işlər naziri bazar ertəsi Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb və danışıb.

Bu görüşdən əvvəl Hüseyn Əmir Abdullahian Yaponiyanın Xarici İşlər naziri Yoşimasa Hayaşi və Səhiyyə, Əmək və Sosial Rifah naziri Katsunobu Kato ilə görüşüb və ikitərəfli münasibətlərin son vəziyyəti, regional problemlər və beynəlxalq hadisələri müzakirə edib.

Qeyd edək ki, ölkəmizin xarici işlər nazirinin Tokioya səfəri 1945-ci ildə Amerika Birləşmiş Ştatlarının Xirosima və Naqasakiyə atom bombası atması nəticəsində bu iki şəhərdə böyük insan fəlakətinə səbəb olmasının ildönümünə təsadüf edir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .