13 avqust 2023 at 23:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85198047
T T
0 Persons

Tags

İŞİD-in Suriyadakı son hücumlarında Amerikanın birbaşa rolu

13 avqust 2023 at 23:09
Xəbər kodu: 85198047
İŞİD-in Suriyadakı son hücumlarında Amerikanın birbaşa rolu

Tehran – İRNA – Xəbər mənbələri bir hesabatda Suriyadakı son hadisələri və İŞİD-dən geriyə qalanların Amerika işğalçılarının dəstəyi ilə Suriya ordusuna qarşı hücumlarını qeyd ediblər.

İRNA-nın bu gün (bazar günü) Əl-Vətən qəzetinə istinadən verdiyi xəbərə görə, Suriya səhrası və Fərat çayının şərqi son vaxtlar təhlükəli hadisələrin şahidi olub. O cümlədən, terrorçuların Suriya ordusunun bazalarına hücumları nəticəsində 23-dən çox suriyalı hərbiçi şəhid olub və bir neçəsi yaralanıb.

Bu hadisələrin ən sonuncusu Suriya ordusunun əsgərlərini daşıyan avtobusun Deyr əz-Zorda hədəfə alınması olmuşdur. Rəsmi Dəməşq bu təcavüzü Suriyanın müstəqilliyi və suverenliyinin pozulması və ABŞ-ın başda İŞİD olmaqla terror qruplarına dəstəyinin davam etməsi olduğunu vurğulayır.

Bu xəbərə görə, Suriya Xarici İşlər Nazirliyi bəyanat verərək Amerikanın terrorçulara dəstəyini pisləyib.

Bəzi meydan mənbələri Amerika işğalçılarının İŞİD terrorçularına təlim keçdiyini və qeyri-qanuni Əl-Tənf bazasında onlara sığınacaq verdiyini vurğulayıb.

Onlar diqqətə çatdırıblar ki, amerikalı işğalçılar terrorçuları dəstəkləməklə və onların Suriya səhrasında bu ölkənin ordusuna qarşı hücumları ilə cinayətkar məqsədlərinə nail olmaq istəyirlər.

Bu hesabatda Suriya ordusu qüvvələrinə qarşı əvvəl Rakkanın şərqindəki nəzarət-buraxılış məntəqəsində, daha sonra isə Suriya əsgərlərini daşıyan avtobusa edilən hücumla bağlı son terror hücumlarına işarə edilərək, Suriya və Rusiya qırıcı təyyarələrinin sürətli və təcili cavab verdiyi və nəticədə çoxlu sayda İŞİD terrorçusunun öldürüldüyü bildirilir.

Bəzi mənbələr həmçinin müqavimət qüvvələrinin Deyr əz-Zur və Həsəkə vilayətində Kuniku, Əl-Ömər və Əl-Şəddadi də daxil olmaqla qeyri-qanuni Amerika bazalarına qarşı raket hücumları həyata keçirdiyini açıqlayıb.

Bu məlumata əsasən, Amerikanın İŞİD cinayətinə cavab olaraq Suriya Xalq Müqaviməti Amerika işğalçılarının qeyri-qanuni bazalarına raket və pilotsuz təyyarələrlə şiddətli hücumlar həyata keçirib.

Həmçinin, “Ayn İsa” bölgəsinin cənubunda yerləşən 93-cü briqadada Amerika qüvvələrinin qərargahı artilleriya hücumuna məruz qalıb.

Sizin rəyiniz

You are replying to: .