22 avqust 2023 at 14:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85207017
T T
0 Persons

Tags

Bir milyondan çox insan Qərbi Azərbaycanın turizm mərkəzlərini ziyarət edib

Urmiya - İRNA - Qərbi Azərbaycan Mədəni İrs, Əl İşləri və Turizm İdarəsinin Baş direktoru deyib: “Cari ilin 4 ayı ərzində əyalətin turizm-əyləncə mərkəzlərini 1 milyon 895 min 106, muzey və tarixi-mədəni yerlərini isə 415 min 317 nəfər ziyarət edib.”

İRNA-nın Qərbi Azərbaycan Mədəni İrs, Əl İşləri və Turizm İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, Mürtəza Səfəri çərşənbə axşamı əlavə edib: “Bu əyalətdə eyni dövr üzrə (21 martdan 22 iyuladək) qalan turistlərin sayı 158 min 723 nəfər olub.

Bu il əyalətdə 73 680 iranlı və 15 969 xarici səyahətçi qalıb. Ötən ilin eyni dövründə 55 338 iranlı, 15 63 xarici səyahətçi olub. Həmçinin, 276 turizm vahidi, 5178 çarpayılıq və 2189 otaqlı 123 yaşayış yeri yerli və xarici turistlərə, səyahət edənlərə xidmət göstərmişdir.

M. Səfəri əyalətdə 3240 çarpayılıq formada (birdən beş ulduzluya qədər) 40 hotel bölməsinin və 11 min 504 otaq fəaliyyət göstərdiyini qeyd edərək deyib ki, əyalətdə 462 çarpayılıq 33 turizm obyekti, 1205 çarpayılıq 42 mehmanxana bölməsi səyahət edənlərə xidmət göstərməyə hazırdır.

Onun sözlərinə görə, bu ilin ilk 4 ayında əyalətdə yaşayış məntəqələrinin çarpayı doluluğu 31 faizə yaxındır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24%artım olduğunu göstərir.

İRNA-nın məlumatına görə, Qərbi Azərbaycanda milli və beynəlxalq səviyyədə qeydiyyatdan keçmiş 1700 tarixi abidə var. Bunların arasında Çaldaranda Qara kilsəsi (Müqəddəs Faddey monastırı), Təkabda Təxti Süleyman, Qara kilsə dini ayini və Zurzur kilsəsi UNESKO-nun dünya siyahısına daxil edilib.

Makuda Baxçacıq sarayı, Səlmasda Səhulan mağarası, Xan Taxtı, Urmiyda Came məscidi, Nənə Məryəm Kilsəsi, Mehabadda Kani Bərazan gölü, Şalmaş şəlaləsi, Təmtamtan mağarası, Sürəyya bulağı, Urmiya Antropologiya və Arxeologiya Muzeyi və Şəms Təbrizi məqbərəsi bu əyalətin hər il yerli və xarici turistləri qəbul edən tarixi abidələrindəndir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .