26 avqust 2023 at 14:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85211021
T T
0 Persons

Tags

Əmir Abdullahiyan İran və Yaponiya arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasını alqışlayıb

Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Yaponiyanın Baş naziri ilə görüşdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin cızılmasını alqışlayıb, ümumi siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İRNA-nın məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bazar ertəsi Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.

Ölkəmizin Prezidentinin salamını Yaponiyanın Baş nazirinə çatdıran Xarici İşlər naziri iki dövlət başçısının BMT Baş Assambleyasının ötən ilki iclası çərçivəsində görüşünü və aparılan məsləhətləşmələri iki ölkənin əlaqələri inkişaf etdirmək iradəsinin əlaməti hesab edib.

Əmir Abdullahiyan Yaponiyanın Baş nazirinin iki ölkə arasındakı əlaqələr və regionda baş verən proseslər barədə yüksək məlumatlı olmasını iki ölkə arasında qarşılıqlı əlaqələrin təşviqi üçün dəyərli sərvət kimi qiymətləndirib.

İki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasını alqışlayan Xarici İşlər naziri iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Bu görüşdə Əmir Abdullahiyan İran İslam Respublikasının Fars körfəzi regionunda enerji təhlükəsizliyinin təşviqində mühüm rolunu da diqqətə çatdırıb.

O, regionda baş verən yeni hadisələri sabitliyin, təhlükəsizliyin, inkişafın və hərtərəfli rifahın təşviqi məqsədilə regional əməkdaşlığın dərinləşməsinin əlaməti kimi dəyərləndirib və bu prosesin dəstəklənməsində Yaponiyanın rolunu vacib hesab edib.

Sizin rəyiniz

You are replying to: .