28 avqust 2023 at 13:56
Jurnalist kodu: 5481
Xəbər kodu: 85213353
T T
0 Persons

Tags

Xəzər dənizi niyə kiçilir?

28 avqust 2023 at 13:56
Xəbər kodu: 85213353
Xəzər dənizi niyə kiçilir?

Tehran - İRNA - Xəzər dənizinin səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və 2023-cü ildə böhranlı vəziyyətə çatıb. Ölkəsinin bu dənizlə ən uzun sahil zolağına malik olan qazax mütəxəssisləri hesab edirlər ki, dünyanın ən böyük gölünün kiçilməsi havanın temperaturunun artması, yağıntıların olmaması və çaylardan gələn axının azalması kimi iqlim dəyişikliklərinin nəticəsidir.

İRNA-nın bazar günü verdiyi məlumata görə, Xəzər dənizinin beş sahil ölkəsi arasında Xəzərin ildən-ilə kiçilməsi və dayazlaşmasından ən çox narahat olan Qazaxıstanda bu dənizinin kəskin şəkildə kiçilməsi Qazaxıstanın Aktau sakinləri 2016-cı ildə müşahidə ediblər. “O vaxt hamı bilirdi ki, dəniz çəkilib. Amma indi baş verənlər əvvəllər heç vaxt görülməmiş bir səviyyədədir. Hazırda bəzi yerlərdə dəniz yüzlərlə metr çəkilib.”

Xəzər dənizi İran, Qazaxıstan, Rusiya, Azərbaycan və Türkmənistanın sərhədlərini yuyur. Amma ən uzun sahil xətti Qazaxıstandadır. Aktau və Atırau şəhərləri Qazaxıstanın qərb hissəsində Xəzər dənizinin sahilində yerləşir.

Xəzər yer üzündəki ən böyük qapalı su hövzəsidir. Böyüklüyünə görə, həm də yatağı okean qabığından əmələ gəldiyinə görə onu ən böyük qapalı göl və ya dəniz kimi təsnif etmək olar.

Alimlərin hesablamaları göstir ki, yaxın onilliklərdə dünyanın bir çox ən böyük şirin və duzlu su obyektlərində suyun səviyyəsi ciddi şəkildə azala bilər. Bu, xüsusilə Xəzər dənizinə təsir edir. Suyun səthindən daha tez buxarlanması və anbarın şimal hissəsindəki buz örtüyünün qışda yox olması səbəbindən kəskin şəkildə azala bilən dənizdir. Tədqiqatçıların yeni araşdırmaları göstərir ki, qlobal istiləşmə və suyun buxarlanmasının artması səbəbindən suyun səviyyəsi və Xəzər dənizinin səviyyəsi daha sürətlə azalacaq. Bu məsələ ən azı beş Xəzəryanı qonşu ölkə üçün su böhranı deməkdir. Məlum böhran ən çox Qazaxıstanda baş verir.

“Cabar Asia” Analitik Ofisi öz məqaləsində yazıb: “Dəniz səviyyəsinin bir metrdən çox azalması Xəzər dənizinin sahillərində, xüsusən də Qazaxıstan hissəsində dəyişikliklərin yaranmasında təsirli olmuşdur. Qazaxıstanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, Xəzərin akvatoriyası 22 min kvadratkilometrdən çox azalıb. Onun yarıdan çoxu Xəzərin şimalındakı Qazaxıstan hissəsinə aiddir.”

Sarsenbayevin sözlərinə görə, Xəzər dənizinin kiçilməsi dənizi qidalandıran iki əsas çayın məhv olması ilə bağlıdır. O yazır: “Jaik (Ural) və Volqa. Mənə elə gəlir ki, əsas səbəb bu iki çayın həddindən artıq istismarıdır. Sovet İttifaqı dağılandan sonra bu çaylar üzərində çoxlu bəndlər tikilib, onların suyu kənd təsərrüfatı üçün istifadə olunur, Volqa və Jaik çayları boyunca bir sıra şəhərlər yerləşir və bu çaylardan qidalanırlar.”

Jaik, Avropa və Asiya arasında sərhəddə Rusiya və Qazaxıstandan keçən bir çaydır. Cənubi Ural dağlarından mənşələnir və Xəzər dənizinə tökülür.

Rusiyada yerləşən Volqa həm də Mərkəzi Rusiyadan Cənubi Rusiyaya və Xəzər dənizinə axan Avropanın ən uzun çayıdır.

Ekoloq, “Ekomangistav” qeyri-hökumət təşkilatının direktoru Kirill Usin Xəzər dənizinin acınacaqlı vəziyyətinin səbəblərindən birini çayların azalması hesab edib.

Sizin rəyiniz

You are replying to: .