İRNA-nın bazar ertəsi verdiyi məlumata görə, Suriyanın yüksək səviyyəli təhlükəsizlik mənbəsi “Sputnik”-ə açıqlamasında deyib: “Sionist rejim qırıcıları beynəlxalq sular istiqamətindən Hələb şəhəri ətrafında bəzi yerlərə bir neçə raket atıblar. Suriyanın müdafiə sistemləri də buna cavab verib və atılan raketlərin əksəriyyətini hədəfə çatmamış məhv edə bilib.”
Hələb Beynəlxalq Hava Limanındakı mənbə də bildirib ki, İsrailin bu təcavüzündə Hələbin beynəlxalq hava limanının uçuş-enmə zolaqlarından biri hədəfə alınıb və ona ziyan dəyib.
Sizin rəyiniz