28 avqust 2023 at 16:00
Jurnalist kodu: 5481
Xəbər kodu: 85213522
T T
0 Persons

Tags

Qərbi Azərbaycan valisi: Qərbi Azərbaycanda 80 heyət Ərbəin zəvvarlarını qəbul etməyə hazırdır

Mahabad - İRNA - Bu il ikinci dəfədir ki, Ərbəin zəvvarlarının Kərbəlaya getməsi  üçün Piranşəhrin Tamarçin rəsmi sərhədi müəyyən edilib. Bir sıra özəlliklərinə görə bu keçid məntəqəsi Kərbəlaya gedib-gəlmək üçün zəvvarların ilk seçimi ola bilər.

İRNA müxbirinin məlumatına görə, avqustun son günlərində səhər vaxtı Tamarçin sərhədindən Piranşəhrə Ərbəin zəvvarlarının yola salınmasının necəliyi və şərtləri haqqında reportaj hazırlamaq üçün bu şəhərə daxil oldum. Piranşəhr bu günlər ilin digər günlərindən xeyli fərqlənirdi. Cəldiyan hərbi şəhərciyi kimi tanınan bu şəhərin girişinin ilk 15 km-də zəvvarların yerləşdirilməsi və maşınlarının saxlanması üçün geniş ərazi ayrılmışdı.

Məsul işçilərin bildirdiyinə görə, Cəldiyan heyəti 1000 nəfəri və 10.000 nəqliyyat vasitəsini qəbul etmək qabiliyyətinə malikdir. Şəhərdəki digər heyətlərin tutumu dolsa, bu heyət zəvvarları qəbul edəcək. Bir neçə kilometr aralıda Piranşəhr sünni heyətləri də fəaliyyətə başlayıb.

2000 nəfəri və 10000-dən çox avtomobili qəbul edə bilən əhli-sünnə mokəbləri bu şəhərin Nəqədə tərəfdən girişində yerləşir. Heyətlərin fəaliyyəti əhli-sünnənin Əhli-beyt (ə) zəvvarlarına qarşı qonaqpərvərliyindən və sevgisindən xəbər verir.

Bu heyətlərdə nahar və şam yeməyindən əlavə, qonaqlara yerli yeməklər (Dukliyo) və yerli çörək (Kalane) verilir. Bu da zəvvarların bu heyəti seçmək istəyinin səbəblərindən birinə çevrilib.

Qərbi Azərbaycan valisi Ərbəin zəvvarlarının qəbulu üçün lazımi tədbirlərin görüldüyünə işarə edərək dedi: “Vilayətdə 80 heyət Ərbəin mərasimində iştirak edən qonaqları və zəvvarları qəbul etməyə hazırdır. Piranşəhr sərhədində və Tamarçin sərhəd terminalında gündəlik 40.000 Ərbəin zəvvarının yerləşdirilməsi üçün imkanlar vardır.”

Məhəmmədsadiq Mötəmidiyan bunu da ki, gündəlik 100 000-ə qədər yeməyin zəvvarlar yolunda ictimai heyətlər tərəfindən bişirilməsi və zəvvarların gediş-gəliş yerlərində paylanması nəzərdə tutulub və 50.000 avtomobil üçün Piranşəhr şəhərinin girişində, habelə Cəldiyan hərbi qəsəbəsində bütün imkanlara yiyələnən pulsuz parkinq ayrılıb.

Qərbi Azərbaycan valisi Tamarçin sərhədində minimum dayanmaq üçün 38 giriş-çıxış qapısının aktivləşdirilməsini də bildirərək dedi: “Zəvvarların Tamarçin sərhədindən Bağdadın Əl-Hüseyniyyə bölgəsinə və Nəcəfi-əşrəf şəhərinə gediş-gəlişini asanlaşdırmaq üçün lazımi tədbirlər görülüb.”

Ərbəin zəvvarlarının hərəkəti üçün İraq Kürdüstanı səlahiyyətliləri ilə lazımi tədbirlər görüldüyünü diqqətə çatdıran Mötəmidiyan dedi ki, zəvvarların Tamarçindən müqəddəs ziyarətgahlara daşınması üçün ictimai nəqliyyat vasitələrinin ayrılması da daxil olmaqla maksimum tədbirlər planlaşdırılır.

O, daha sonra dedi: “Ötən il Ərbəində müqəddəs ziyarətgahları ziyarət etmək üçün bu sərhəddən 70 min zəvvar yola salındı. Bu il biz bu sərhəddən 500.000 Ərbəin zəvvarının gediş-gəlişini proqnozlaşdırmışıq.”

Zəvvarların Tamarçin sərhəddinə gedən yolda təhlükəsiz hərəkəti üçün nəqliyyat infrastrukturunun təmin edilməsini də vurğulayan vali dedi ki, Ərbəin zəvvarlarının rahatlığı üçün su, elektrik enerjisi, rabitə, sağlamlıq, müalicə və xilasetmə vasitələri ilə təmin edilməsi nəzərdə tutulmuşdur ki, bu sərhəd-keçid məntəqəsi zəvvarlar üçün ən təhlükəsiz sərhədlərdən biri olsun.

İRNA-nın məlumatına görə, Tamarçin sərhədi Piranşəhrdən 15 kilometr qərbdə, Qərbi Azərbaycanın cənubunda və İraqın Hacı İmran sərhədinin əks nöqtəsində yerləşir.

Bu quru sərhədi vilayətin mərkəzi Urmiya şəhərindən 160 kilometr aralıdadır. Sərhədə ən yaxın şəhərlər İranın Piranşəhr və İraqın Çuman şəhərləridir və Tamarçin gömrüyündən müvafiq olaraq 11 km və 25 km məsafədə yerləşirlər. Tamarçindən Samarraya 450 km, Kərbəlaya 650 km, Kazimeynə 535 km və Nəcəf-əşrəfə 710 km məsafədədir.

Piranşəhr Tamarçin sərhədində ötən il ilk dəfə Ərbəin zəvvarlarının bu sərhəddən keçməsinə şərait yaradılıb və həmin günlərdə 70 minə yaxın zəvvarın gediş-gəlişi qeydə alınıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .