29 avqust 2023 at 19:05
Jurnalist kodu: 5487
Xəbər kodu: 85214946
T T
0 Persons

Tags

Paşinyan Qarabağdakı kritik vəziyyətdən narahatlığını bildirib

29 avqust 2023 at 19:05
Xəbər kodu: 85214946
Paşinyan Qarabağdakı kritik vəziyyətdən narahatlığını bildirib

Tehran – İRNA - Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Dağlıq Qarabağ bölgəsindəki kritik vəziyyətdən narahatlığını bildirib.

İRNA-nın Armenpress-ə istinadən verdiyi məlumata görə, Ermənistanın Baş nazirinin ofisi çərşənbə axşamı bəyanat yayıb: Bu telefon danışığında Dağlıq Qarabağ və Laçın dəhlizində böhranın gərginləşməsindən narahatlıq ifadə olunub və bu problemin həlli ilə bağlı tədbirlərin görülməsinin zərurəti vurğulanıb.

Bəyanatda bildirilir ki, Ermənistan və Fransa liderləri telefon danışığında regionda sülh və sabitliyin təmin edilməsi üçün davamlı səylərin vacibliyini də vurğulayıblar.

Bir müddət öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı E. Makron ölkəsinin Dağlıq Qarabağ böhranının həllində iştirak etməyə hazır olduğunu bəyan edib.

Fransa Prezidenti vurğulayıb ki, rəsmi Paris Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə kömək etmək niyyətindədir.

Telefon danışığında İ. Əliyev də Azərbaycan Respublikası ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində neytral və balanslı yanaşmanın vacibliyini vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .