31 avqust 2023 at 16:17
Jurnalist kodu: 5487
Xəbər kodu: 85216829
T T
1 Persons

Tags

Rusiya, Gürcüstan, Azərbaycan və Türkiyədən olan Ərbəin zəvvarları İraqa daxil olublar - Video

Bağdad - İRNA - Son iki gündə Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyədən olan çoxlu sayda Ərbəin zəvvarı Kürdüstan bölgəsində yerləşən Hacı Omeran sərhəd-keçid məntəqəsi vasitəsilə İraqa daxil olub.

İRNA-nın çərşənbə günü İraqın “964 kanalı”na istinadən verdiyi xəbərə görə, bu xəbər telekanalı adı çəkilən ölkələrdən İraqa daxil olan zəvvarların sayına toxunmadan Hacı Omeran sərhəd-keçid məntəqəsinin rəsmilərinə istinadən bildirib: “Yaxın 48 saat ərzində bu ölkələrdən daha çox zəvvarın Ərbəin mərasimində iştirak etmək üçün İraqa daxil olacağı gözlənilir.”

964 kanalı İraq ərazisinə daxil olduqdan sonra Hacı Omeran keçidində gürcüstanlı zəvvarların əzadarlıq mərasiminin videosunu yayımlayaraq son bir neçə gün ərzində çoxlu sayda gürcüstanlı zəvvarın Ərbəin mərasimində iştirak etmək üçün İraqın Kürdüstan bölgəsinə daxil olduğunu vurğulayıb.

Telekanal əlavə edib: “Bu zəvvarlarla yanaşı, Suriyadan da İraqa zəvvarlar daxil olub.”

İraq rəsmiləri Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Suriyadan Ərbəin yürüşündə iştirak etmək üçün ölkəyə daxil olan zəvvarların sayı ilə bağlı hələlik statistika təqdim etməyib.

İraqın “964 xəbər kanalı”nın məlumatına görə, ötən il 70 minə yaxın zəvvar Hacı Omeran sərhəd-keçid məntəqəsindən İraqa daxil olub, oradan Bağdada, sonra da Kərbəla və Nəcəf-əşrəfə gediblər.

1 Persons

Sizin rəyiniz

You are replying to: .