İRNA-nın məlumatına görə, yerli medialar bazar ertəsi axşam saatlarında İrəvan yaxınlığında Ermənistan və ABŞ arasında birgə hərbi təlimin başlaması barədə məlumat yayıblar.
Hər iki ölkə rəsmiləri Ermənistan və ABŞ birgə təliminin bazar ertəsi axşamüstü (yerli vaxtla) başladığını bildirdilər. Bu arada İrəvanla Azərbaycan Respublikası arasında gərginlik artmaqdadır.
“Reuters”-in yazdığına görə, 85 amerikalı və 175 erməni hərbçisinin iştirakı ilə “Qartal tərəfdaşı” adlı bu 10 günlük təlim Ermənistanı beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaq üçün nəzərdə tutulub.
Bu xəbərə görə, Ermənistan və ABŞ-ın birgə hərbi təlimi Yerevan yaxınlığındakı iki təlim meydanında keçiriləcək.
Ermənistan Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, bu təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin əməkdaşlıq səviyyəsini artırmaq, nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.
“Reuters” bu təlimlə bağlı iddia edib: “Miqyası kiçik olsa da, bu təlim Ermənistanda hərbi bazası olan və özünü Qafqaz regionunda təhlükəsizliyin əsas təminatçısı hesab edən Rusiyanı qəzəbləndirib.”
Ermənistan və Azərbaycan Sovet İttifaqının dağılmasından sonra otuz il ərzində iki müharibə aparıb. Son bir həftə ərzində hər iki tərəf bir-birini sərhəd yaxınlığında qüvvələr toplamaqda və yerləşdirməkdə ittiham edib.
Sizin rəyiniz