İRNA-nın çərşənbə axşamı yaydığı xəbərə görə, Fuad Hüseyn bu gün Bağdadda avstriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib: “Müxalif qrupların İraq və İran sərhədindən çıxarılması üçün lazımi tədbirlər həyata keçirmişik. Bu səbəbdən sabah İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedəcəyəm.”
O qeyd edib ki, Konstitusiyamız heç bir tərəfə İraq ərazisindən qonşu ölkələrə hücum etmək üçün istifadə etməyə icazə vermir.
“Biz heç bir halda İraq ərazisindən qonşulara hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcəyik”, deyə vurğulayan Xarici İşlər naziri bildirib: “Biz İraqın milli suverenliyinin təhdid edilməsini qəbul etmirik.”
O, İraqın İranla əlaqələrinin güclü olduğunu və bu əlaqələrin zorakılığın qarşısını aldığını bildirərək bir daha vurğulayıb: “İraq öz ərazisinin bəzi qruplar tərəfindən İrana hücum etmək üçün istifadə edilməsinə icazə verməyəcək.”
Xarici İşlər naziri qeyd edib ki, İraq silahlı qruplaşmaların İran və İraq sərhədindən çıxarılması, onların sərhəddən uzaqda və İraq Kürdüstanı torpaqlarının dərinliklərindəki düşərgələrə köçürülməsi ilə bağlı İran tərəfi ilə bağlanmış razılaşmaya sadiq olduğunu bildirərək deyib: “Sabah Tehranda bu razılaşmanın hər iki tərəfin icra etməsi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparacağam.”
Sizin rəyiniz