İRNA-nın “Armen Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Nikol Paşinyan Ermənistan televiziyasına müsahibəsində: “şənbə günü digər region ölkələrinin başçıları ilə əlaqə saxladınız, lakin nə üçün ilk zənginiz Putinə olmadı?” sualına cavab olaraq deyib: “Əslində ilk telefon danışığım Prezident Putinlə olub.”
Paşinyan Rusiya Prezidenti ilə danışıqlarına toxunaraq əlavə edib: “O, bu vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki Laçın dəhlizinin bağlanması ötən ilin dekabrından başlayıb. O vaxtdan bəri Rusiya Prezidenti ilə onlarla telefon söhbətim olub. Amma təəssüf ki, son söhbətimizdən sonra vəziyyət dəyişməyib.”
Ermənistan Baş naziri vurğulayıb ki, onun bütün telefon zənglərinin məqsədi həmkarlarını bilmədikləri bəzi müəyyən məqamlar barədə məlumatlandırmaq olub.
Sentyabrın 9-da Paşinyan İran Prezidenti Seyid İbrahim Rəisi, Fransa Prezidenti Emmanuel Makron, ABŞ dövlət katibi Entoni Blinken, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Almaniya Kansleri Olaf Şultsla telefon danışığı aparıb.
Ötən həftənin əvvəlində Paşinyan İtaliyanın “Repubblica” qəzetinə müsahibəsində bəyan edib: “Onun ölkəsinin təhlükəsizliyini təmin etmək üçün Rusiyaya güvənmək siyasəti strateji səhvdir, çünki Moskva bunu geniş ərazidə həyata keçirə bilmir.”
Ermənistanın Baş naziri Rusiyanı Azərbaycana qarşı ölkəsinin təhlükəsizliyinə təminat verə bilməməkdə ittiham edərək deyib ki, Moskva Cənubi Qafqaz regionundan çıxmaqdadır. Buna görə İrəvan qərb ölkələri ilə hərbi əlaqələrini artırmağa çalışır.
Rusiya ötən illərdən Ermənistanda hərbi baza qurub və İrəvanla hərbi müqavilə bağlayıb.
Paşinyan atəşkəs razılaşmasını qorumaq üçün bölgədə yerləşdirilmiş rus sülhməramlılarını öz işlərini yaxşı yerinə yetirməməkdə günahlandırıb.
Sizin rəyiniz