İRNA-nın Yol və Şəhərsalma Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mehrdad Bəzrpaş və İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının rəhbəri Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı zamanı iki ölkə arasında birgə layihələri və bu komissiyanın əvvəlki iclasında qaldırılan məsələləri müzakirə edib və dəyərləndiriblər.
Azərbaycan Baş nazirinin müavininin iki ölkənin birgə layihələri, o cümlədən Ağbənd körpüsü, sərhəd terminalı və Xudafərin su bəndində görülən işlərinin gedişi ilə bağlı verdiyi hesabat barədə, Bəzrpaş deyib: Layihələrin sürətləndirilməsi üçün Yol və Şəhərsalma Nazirliyinin tabeliyində olan qurumlara lazımi göstərişlər verilib və mövcud problemlərin araşdırılması və həlli üçün layihə zonalarında nümayəndə heyətinin yerləşdirilməsi qərara alınıb.
İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının sədri daha sonra deyib: İran gömrüyü nümayəndələri də mövcud problem və məsələləri araşdırmaq və həll etmək üçün Astaranın sərhəd terminalında yerləşdirilib.
Bölgənin problemlərini qonşular, kənar müdaxilələr olmadan həll etməlidir
Söhbətin digər hissəsində Yol və Şəhərsalma naziri Azərbaycanın və region ölkələrinin ərazi bütövlüyünə hörmətini vurğulayaraq, region ölkələrinə xarici müdaxilənin əleyhinə olduğunu bəyan edib və əlavə edib: Biz inanırıq ki, bölgənin problemlərini qonşular həll etməlidir və əcnəbilərin hərbi mövcudluğu bölgə üçün təhlükəlidir.
O deyib: İran İslam Respublikası öz qonşuluq siyasətindən Azərbaycan və Ermənistan arasındakı gərginliyi aradan qaldırmaq üçün istifadə edir.
İranlı tələbələrin Azərbaycana gediş-gəlişi asanlaşdırılacaq
Bəzrpaş daha sonra universitetlərin açılma mövsümünün başlanması ilə əlaqədar iranlı tələbələrin iki ölkə arasında gediş-gəlişinin asanlaşdırılmasını vurğuladı və Ş. Mustafayev bununla bağlı uyğun vəd verdi.
Azərbaycan Respublikası Baş nazirinin müavini telefon danışığında ölkəmizin Yol və Şəhərsalma nazirinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirərək dedi: İran-Azərbaycan əlaqələri ikitərəfli görüşlərdən sonra yaxşılaşıb və iqtisadi əlaqələr də inkişaf etmişdir.Ş. Mustafayev iki ölkə arasında bəzi siyasi anlaşılmazlıqların tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.
Yol və Şəhərsalma naziri Azərbaycana səfərə dəvət olunubHəmçinin danışıq zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini Yol və Şəhərsalma nazirini oktyabr ayında Azərbaycana səfərə və qarşılıqlı görüşlərlə yanaşı iki ölkənin birgə layihələri ilə tanış olmağa dəvət edib.
Sizin rəyiniz