Hüseyn Əmir Abdullahiyan deyib: “Qardaşım cənab Fuad Hüseynlə qarşılıqlı təhlükəsizlik razılaşmasının tam icrası ilə bağlı mühüm müzakirələr apardım.”
Xarici İşlər naziri qeyd edib ki, İran sərhədlərinə yaxın ərazilərdən terrorçu qrupların çıxarılması ilə bağlı yaxşı məlumat mübadiləsi aparıldı. Bu terror qruplaşmaları İraqın Kürdüstan bölgəsindəki İraq ərazisinin dərinliklərinə doğru köçürülüblər. Onların tərksilah edilməsi və iki ölkə arasında təhlükəsizlik sazişinin bəndlərinin tam yerinə yetirilməsi üçün səylər göstərilir.
Mətbuat konfransında İraq Xarici İşlər naziri də terror qruplaşmalarının BMT-nin nəzarəti altında olan düşərgələrə köçürüldüyünü bildirib.
Fuad Hüseyn deyib: “İraqda İrana qarşı müxalif qrupları tərksilah etmək üçün çalışırıq. Bu qruplar BMT-nin nəzarəti altındakı düşərgələrə köçürülməlidir.”
İraq Xarici İşlər naziri vurğulayıb: “İraq konstitusiyası heç bir qrupa İraq torpaqlarından başqa ölkələrə hücum etmək üçün istifadə etməyə icazə vermir.”
O, İraq və İran arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinin İraq konstitusiyasına əsaslandığını qeyd edib.F. Hüseyn sonda deyib: “İraq hökuməti və İraq Kürdüstanı bu mövzuda bir-biri ilə əməkdaşlıq edir və hər ikisi bu layihənin həyata keçirilməsinin zəruriliyini vurğulayır.”
Sizin rəyiniz