13 sentyabr 2023 at 17:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85228194
T T
1 Persons

Tags

General-mayor Baqiri Azərbaycan Respublikası sərhədində hərbi qüvvələrin yerləşdirilməsi və gücləndirilməsini təkzib edib

Tehran – İRNA – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Azərbaycan Respublikasının Müdafiə naziri ilə söhbətində bu ölkənin sərhədində hərbi qüvvələrin yerləşdirilməsi və gücləndirilməsini təkzib edib.

Silahlı Qüvvələrin Baş Qərargahının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri General-polkovnik Zakir Həsənovun İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, General-mayor Məhəmməd Baqiri ilə telefon danışığı olub.

Söhbət zamanı Azərbaycan Respublikasının Müdafiə naziri nümayəndə heyətinin göndərilməsinə və Hərbi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının keçirilməsinə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinə təşəkkürünü bildirərək, iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsini təklif edərək, bildirdi: Azərbaycan Respublikası beynəlxalq prinsiplərə uyğun olaraq dövlətlərin suverenliyinə sadiqdir və qonşuların torpağına göz dikməyib.

Bu telefon danışığında General-mayor Baqiri Azərbaycanın İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini yaxşı qəbul etməsini təqdir etməklə yanaşı, bəzi KİV-lərdə Azərbaycan sərhədində hərbi qüvvələrin yerləşdirilməsi və gücləndirilməsi ilə bağlı dərc olunan xəbərləri təkzib edib və deyib: “Xoşbəxtlikdən iki ölkə arasındakı sərhədlərdə təhlükəsizlik yüksək səviyyədədir".

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İran İslam Respublikası nizamının Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ərazisinə aid olması siyasətini bir daha vurğulayaraq, İslam Respublikasının bu bölgədə münaqişənin həlli üçün hər cür yardıma hazır olduğunu bəyan edib.
 
Tərəflər həmçinin xarici dövlətlərin regionda varlığına və region işlərinə müdaxiləsinə qarşı olduqlarını bildiriblər.

Danışığın sonunda Azərbaycan Respublikasının Müdafiə naziri General-mayor Baqirini yenidən Azərbaycan Respublikasına səfərə dəvət edib.

Qeyd edək ki, ötən ay General-mayor Baqiri ilə General-polkovnik Zakir Həsənov arasında üzbəüz görüşlər və telefon danışıqları nəticəsində əldə olunan  razılaşmalar çərçivəsində bu yaxınlarda İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının Beynəlxalq Əlaqələr İdarəsinin rəisinin rəhbərlik etdiyi hərbi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.

1 Persons

Sizin rəyiniz

You are replying to: .