14 sentyabr 2023 at 20:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85228894
T T
0 Persons

Tags

Əmir Abdullahiyan Daşkəndlə dostluq əlaqələrinin vacibliyini vurğulayıb

Tehran – İRNA - Xarici İşlər naziri Daşkəndlə dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, İran və Özbəkistan prezidentlərinin münasibətləri inkişaf etdirmək istəyinə diqqət etməklə, mövcud imkanlardan istifadənin zəruriliyini bildirib.

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının Özbəkistandakı yeni səfiri Məhəmməd Əli İskəndəri Daşkəndə yola düşməzdən əvvəl Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb və İran İslam Respublikasının Daşkənddəki səfirliyində qarşıdan gələn iş dövrü üçün planları təqdim edib.

Bu görüşdə Əmir Abdullahiyan iki ölkə arasında dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, İran və Özbəkistan prezidentlərinin münasibətləri inkişaf etdirmək istəyinə diqqət etməklə, mövcud imkanlardan istifadənin zəruriliyini bildirib.

Məhəmməd Əli İskəndəri əvvəllər informasiya idarəsinin müdiri, bina, əmlak və əmlaklaşdırma şöbəsinin müdiri, iqtisadi diplomatiya üzrə müşavir köməkçisi, ölkəmizin Qazaxıstan, Ukrayna və İrlandiyada nümayəndəliklərində müavin və katib vəzifələrində çalışıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .