17 sentyabr 2023 at 22:11
Jurnalist kodu: 5487
Xəbər kodu: 85231008
T T
0 Persons

Tags

İran və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı olub

Tehran – İRNA – İran İslam Respublikası və Azərbaycan Respublikasının Xarici İşlər nazirləri telefon danışığında ikitərəfli münasibətlərdəki son hadisələri və regional məsələləri müzakirə ediblər.

İRNA-nın xarici siyasət şöbəsinin məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığında iki ölkə arasında əlaqələrin inkişafı nəzərdən keçirilib və xüsusilə iqtisadi sahədə əldə olunmuş razılaşmaların icra olunması vurğulanıb.

Söhbətdə iqtisadi və siyasi nümayəndə heyətlərinin mübadiləsi və iki ölkə rəsmilərinin görüşlərinin koordinasiyası da daxil olmaqla, əlaqələrin perspektivi ilə bağlı zəruri razılaşmalar əldə edilib.

İran İslam Respublikası və Azərbaycan Respublikasının Xarici İşlər nazirləri Qafqazdakı son hadisələri, o cümlədən Qarabağın vəziyyətini və Ermənistan və Azərbaycan Respublikası sərhədlərindəki mövcud vəziyyəti müzakirə etdikdən sonra, cari məsələlərin dialoq yolu ilə həllinin vacibliyini vurğuladılar və regiondankənar müdaxilələrin regional məsələləri daha da mürəkkəbləşdirdiyini qeyd etdilər.

Tərəflər həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .