20 sentyabr 2023 at 14:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85234180
T T
0 Persons

Tags

Tərəflər Dağlıq Qarabağ bölgəsində atəşkəs barədə razılığa gəliblər

Tehran - İRNA - Dağlıq Qarabağ bölgəsinin erməni qüvvələri və Azərbaycan Respublikası Rusiya sülhməramlı qüvvələrinin təklif etdiyi atəşkəs rejiminə razılıq verib.

İRNA-nın Rusiyanın “İnterfaks” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın Dağlıq Qarabağ bölgəsindəki qüvvələri Rusiya sülhməramlı qüvvələrinin təklif etdiyi atəşkəs şərtləri ilə razılaşıb.

Azərbaycan Müdafiə Nazirliyi də atəşkəslə bağlı razılığı təsdiqləyib. Məlumatlara görə, hərbi əməliyyatların tam dayandırılması 20 sentyabr 2023-cü il saat 13:00-dan (yerli vaxtla) qüvvəyə minəcək.

Russia Today-in məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi əməliyyatın dayandırılmasını “Qarabağdakı erməni silahlı birləşmələri və qeyri-qanuni silahlı təşkilatların silahlarını yerə qoyması, döyüş mövqelərini və hərbi postlarını tərk etməsi” şərti ilə qəbul etdiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bütün bu proseslərin reallaşması Rusiya sülhməramlı qüvvələri ilə razılaşdırılmaqla təmin edilir.

Erməni mənbələri hələlik bu müddəalara reaksiya verməyib və onları təsdiqləməyib.

Sizin rəyiniz

You are replying to: .