İRNA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Respublikası və Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılması barədə razılığa gəldiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin çərşənbə günü deyib: Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələri bütün münaqişə tərəfləri ilə aktiv əməkdaşlıq edərək mülki əhalinin müdafiəsi üçün hər cür tədbir görür.
Putin deyib: Rusiya Qarabağda iştirak edən bütün tərəflərlə sıx təmasdadır və tezliklə bu problemin sülh yolu ilə həllini tapacağına ümid edir.
Çərşənbə axşamı rəsmi Bakı asayişi təmin etmək məqsədi ilə dağlıq Qarabağ bölgəsində antiterror hərbi əməliyyatının başladığını elan edib. Azərbaycan hakimiyyətinin iddialarına görə, bu əməliyyatda yalnız hərbi qulluqçular hədəfə alınıb. Lakin rəsmi İrəvan bildirir ki, əməliyyat zamanı dinc əhali arasında da itkilər olub.
İrəvan bu əməliyyatı təcavüz kimi qiymətləndirib və onun mübahisəli bölgədə hərbi mövcudluğunun olmadığını vurğulayıb.
Sizin rəyiniz