İRNA-nın “Sputnik”-ə istinadən verdiyi məlumata görə, Kreml çərşənbə günü axşam saatlarında bəyanat yayaraq bildirib: “Erməni tərəfinin təşəbbüsü ilə Putinlə Paşinyan arasında telefon danışığı oldu və Qarabağdakı vəziyyətlə bağlı son proseslər müzakirə olundu.”
Bəyanatda əlavə edilib: “Bu telefon danışığında Rusiya Prezidenti Qarabağda münaqişələrin dayandırılması ilə bağlı razılaşmanı alqışladı.”
“Putin həmçinin Paşinyana bildirdi ki, Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Qarabağ arasında danışıqlar cümə axşamı keçiriləcək”- deyə, bəyanatda vurğulanır.
Bəyanata əsasən, Putin bu danışıqda Rusiya sülhməramlı qüvvələrinin öz vəzifələrini yerinə yetirməyə və Qarabağda mülki şəxslərə və qaçqınlara yardım etməyə davam edəcəyini bildirib.
Bəyanatın sonunda ümid edilir ki, gələcəkdə bu regionda vəziyyət gərginliyin azaldılması və sabitliyin yaradılması istiqamətində irəliləyəcək.
Sizin rəyiniz